https://sputnik.az/20240507/milli-meclisde-pasinyanin-bakiya-devet-edilmesi-teklifi-verilib-464438214.html
Milli Məclisdə Paşinyanın Bakıya dəvət edilməsi təklifi verilib
Milli Məclisdə Paşinyanın Bakıya dəvət edilməsi təklifi verilib
Sputnik Azərbaycan
Zahid Oruc bildirib ki, dünya erməniçiliyi 32 ildir lantoslar ailəsinin əliylə ölkəmizə qarşı siyasi şantaja əl atır. 07.05.2024, Sputnik Azərbaycan
2024-05-07T12:33+0400
2024-05-07T12:33+0400
2024-05-07T13:00+0400
zahid oruc
rusiya
nikol paşinyan
bmt
abş prezidenti cozef bayden
artsax
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457800881_0:137:3156:1912_1920x0_80_0_0_e92553385f69a25f1d2c52beb189c727.jpg
BAKI, 7 may — Sputnik. "Qələbəmizə qarşı BMT-dən başlayan sanksiya planları iflasa uğrayandan sonra indi ABŞ Konqresində ölkəmizin seçilmiş adamlarına qarşı cəza layihəsi işə salınıb. Araşdırmalar göstərir ki, sənədi ilk dəfə hazırlayan Konqresin "Tom Lantos İnsan Hüquqları Komitəsi", habelə Tom Lantos Fondu eynilə 1992-ci ildə 907-ci düzəlişin də təşəbbüskarları və müəllifləridir". Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib. O bildirib ki, üstündən 32 il keçməsinə baxmayaraq, lantoslar ailəsinin əliylə dünya erməniçiliyi ölkəmizə qarşı siyasi şantaja əl atır: "Argentinanın ən varlı adamı", "aeroport maqnatı" kimi tanınan Eduardo Ernekyanın sədrlik etdiyi Raul Vallenberq adına İnsan haqları institutu, eyni adlı Fond da hörümçək toru quraraq, sanksiyaları təşviq edir, qlobal hüquq və ədalət strukturlarında mütəşəkkil dəstə, "beynəlxalq hüquq mafiyası" kimi gecə-gündüz əleyhimizə işləyirlər. 90-cı illərin 1 milyon məcburi köçkün-qaçqın-məğlub ölkəsi ilə müqayisədə indi bizi Zəfərimizə görə cəzalandırırlar. Əlləri çatsa, təkcə Vətən müharibəsinin qəhrəmanlarına qarşı deyil, bütün xüsusi təyinatlılarımıza, komandoslara, hər bir şəhidimizə, bir sözlə, bütün Azərbaycan Ordusuna qarşı hərbi hökmlər çıxararlar. Xalqımızın müqəddəs simvoluna çevrilən 44 rəqəmini ləkələmək üçün "44 Azərbaycan rəsmisi" ifadəsinin seçilməsi də sübut edir ki, 8 Noyabr Zəfəri təkcə bir ölkə üzərində qazanılmayıb. Dövlət elitasında parçalanma və daxili inamsızlıq yaratmaq üçün bir sıra mühüm nazirlərin, rəsmilərin adları siyahıda yoxdur. Sənədin birinci variantından "türkiyəli komandirlər" Bəxtiyar Ersay, Şeref Önqay, Göksel Kahyanın adlarının sonradan çıxarılması Türkiyəni Azərbaycanla birləşdirməkdən çəkinmənin nəticəsidir". Komitə sədri qeyd edib ki, ABŞ Konqresi və Fransa Senatı ilə müqayisədə Ermənistan parlamenti sülh göyərçini kimi görünür: ""Gürcü arzusu"nun lideri İvanişvili haqlı olaraq onları "qlobal müharibə partiyası" adlandırır. Bizə xarici siyasət kursumuzu dəyişməyi, Ağ Evin və Brüsselin təsir agentlərinə çevirdikləri qeyri-hökumət təşkilatlarına rəsmi hakimiyyət verməyi tələb edirlər. Bu il aprelin 24-də Cozef Baydenin "Artsax" kəlməsini işlətməməsi və Xankəndində "etnik təmizləmə" iddiasına "sıfır reaksiyası "sənəd"i heç bir hüquqi əsası olmayan "erməni aktı"na çevirir. Siz riyakarlığa baxın ki, Bob Menendesin korrupsiyaya əməllərinin ifşasından sonra indi konqresmen Henri Kuelyanı guya Azərbaycandan rüşvət almaqda ittiham edərək, ölkəmizin dostlarını linç etməyə qalxıblar". "Ona görə Azərbaycan dövlətinin sanksiyalara cavabı Böyük qayıdışı gücləndirməsi, delimitasiyasını addım-addım irəliyə aparması, regionda sülhü qazanması, qardaş Türkiyə ilə hərbi-siyasi ittifaqı möhkəmləndirməsi, region dövlətləri ilə konfrontasiyaya getməməsi, nəhayət, torpaqlarımızın işğalına dəstək verən konqresmenləri, dövlət katibi Ceyms Beykerdən, Göyçə dağlarına qədər gəlib çıxan Foq Rasmussenədək hamısını qara siyahıda dünyaya sülhün düşmənləri kimi göstərmək olmalıdır. Yəni, Paşinyanı Bakıya dəvət etmək olar. Siyasi düşmənlərimizin və sanksiyaçıların Azərbaycana yolu birdəfəlik bağlanmalıdır" - komitə sədri əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457800881_213:0:2944:2048_1920x0_80_0_0_a02b888726544eab26c9476f29639f0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
zahid oruc, nikol paşinyan, bmt, abş prezidenti cozef bayden, artsax
zahid oruc, nikol paşinyan, bmt, abş prezidenti cozef bayden, artsax
Milli Məclisdə Paşinyanın Bakıya dəvət edilməsi təklifi verilib
12:33 07.05.2024 (Yenilənib: 13:00 07.05.2024) Zahid Oruc bildirib ki, dünya erməniçiliyi 32 ildir lantoslar ailəsinin əliylə ölkəmizə qarşı siyasi şantaja əl atır.
BAKI, 7 may — Sputnik. "Qələbəmizə qarşı BMT-dən başlayan sanksiya planları iflasa uğrayandan sonra indi ABŞ Konqresində ölkəmizin seçilmiş adamlarına qarşı cəza layihəsi işə salınıb. Araşdırmalar göstərir ki, sənədi ilk dəfə hazırlayan Konqresin "Tom Lantos İnsan Hüquqları Komitəsi", habelə Tom Lantos Fondu eynilə 1992-ci ildə 907-ci düzəlişin də təşəbbüskarları və müəllifləridir".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.
O bildirib ki, üstündən 32 il keçməsinə baxmayaraq, lantoslar ailəsinin əliylə dünya erməniçiliyi ölkəmizə qarşı siyasi şantaja əl atır: "Argentinanın ən varlı adamı", "aeroport maqnatı" kimi tanınan Eduardo Ernekyanın sədrlik etdiyi Raul Vallenberq adına İnsan haqları institutu, eyni adlı Fond da hörümçək toru quraraq, sanksiyaları təşviq edir, qlobal hüquq və ədalət strukturlarında mütəşəkkil dəstə, "beynəlxalq hüquq mafiyası" kimi gecə-gündüz əleyhimizə işləyirlər. 90-cı illərin 1 milyon məcburi köçkün-qaçqın-məğlub ölkəsi ilə müqayisədə indi bizi Zəfərimizə görə cəzalandırırlar. Əlləri çatsa, təkcə Vətən müharibəsinin qəhrəmanlarına qarşı deyil, bütün xüsusi təyinatlılarımıza, komandoslara, hər bir şəhidimizə, bir sözlə, bütün Azərbaycan Ordusuna qarşı hərbi hökmlər çıxararlar. Xalqımızın müqəddəs simvoluna çevrilən 44 rəqəmini ləkələmək üçün "44 Azərbaycan rəsmisi" ifadəsinin seçilməsi də sübut edir ki, 8 Noyabr Zəfəri təkcə bir ölkə üzərində qazanılmayıb. Dövlət elitasında parçalanma və daxili inamsızlıq yaratmaq üçün bir sıra mühüm nazirlərin, rəsmilərin adları siyahıda yoxdur. Sənədin birinci variantından "türkiyəli komandirlər" Bəxtiyar Ersay, Şeref Önqay, Göksel Kahyanın adlarının sonradan çıxarılması Türkiyəni Azərbaycanla birləşdirməkdən çəkinmənin nəticəsidir".
Komitə sədri qeyd edib ki, ABŞ Konqresi və Fransa Senatı ilə müqayisədə Ermənistan parlamenti sülh göyərçini kimi görünür: ""Gürcü arzusu"nun lideri İvanişvili haqlı olaraq onları "qlobal müharibə partiyası" adlandırır. Bizə xarici siyasət kursumuzu dəyişməyi, Ağ Evin və Brüsselin təsir agentlərinə çevirdikləri qeyri-hökumət təşkilatlarına rəsmi hakimiyyət verməyi tələb edirlər. Bu il aprelin 24-də Cozef Baydenin "Artsax" kəlməsini işlətməməsi və Xankəndində "etnik təmizləmə" iddiasına "sıfır reaksiyası "sənəd"i heç bir hüquqi əsası olmayan "erməni aktı"na çevirir. Siz riyakarlığa baxın ki, Bob Menendesin korrupsiyaya əməllərinin ifşasından sonra indi konqresmen Henri Kuelyanı guya Azərbaycandan rüşvət almaqda ittiham edərək, ölkəmizin dostlarını linç etməyə qalxıblar".
"Ona görə Azərbaycan dövlətinin sanksiyalara cavabı Böyük qayıdışı gücləndirməsi, delimitasiyasını addım-addım irəliyə aparması, regionda sülhü qazanması, qardaş Türkiyə ilə hərbi-siyasi ittifaqı möhkəmləndirməsi, region dövlətləri ilə konfrontasiyaya getməməsi, nəhayət, torpaqlarımızın işğalına dəstək verən konqresmenləri, dövlət katibi Ceyms Beykerdən, Göyçə dağlarına qədər gəlib çıxan Foq Rasmussenədək hamısını qara siyahıda dünyaya sülhün düşmənləri kimi göstərmək olmalıdır. Yəni, Paşinyanı Bakıya dəvət etmək olar. Siyasi düşmənlərimizin və sanksiyaçıların Azərbaycana yolu birdəfəlik bağlanmalıdır" - komitə sədri əlavə edib.