QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Suqovuşanda sümük fraqmentləri aşkar edilib

© Sputnik / Murad Orujovİnsan sümükləri, arxiv
İnsan sümükləri, arxiv - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Abunə olmaq
Sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
BAKI, 6 may — Sputnik. Ağdərə rayonu ərazisində sümük fraqmentləri aşkar edilib. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, mayın 5-də işğaldan azad olunmuş Ağdərə rayonu, Suqovuşan qəsəbəsi ərazisində yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, bundan əvvəl işğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində aprel ayının 24-də insan qalıqlarının aşkar olunması barədə məlumat daxil olub.
İlkin araşdırma zamanı məlum olub ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və abadlıq işləri zamanı Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış "Məhəllə" adlanan ərazi) torpaq səthi üzərində insan qalıqları aşkar olunub. Keçirilən baxış istintaq hərəkəti zamanı qazıntı işləri aparılarkən ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0