https://sputnik.az/20240506/hitlerciler-1941-ci-ilde-stalini-uc-hefteye-ele-kecirmek-isteyibler-464430876.html
Hitlerçilər 1941-ci ildə Stalini üç həftəyə ələ keçirmək istəyiblər
Hitlerçilər 1941-ci ildə Stalini üç həftəyə ələ keçirmək istəyiblər
Sputnik Azərbaycan
İşğalçılara qarşı döyüşlərdə yüz minlərlə hərbi kəşfiyyatçı iştirak edib. Onlardan 621 nəfəri "Sovet İttifaqı Qəhrəmanı", iki nəfər – 2-ci dərəcəli kapitan... 06.05.2024, Sputnik Azərbaycan
2024-05-06T20:50+0400
2024-05-06T20:50+0400
2024-05-06T20:50+0400
rusiya
ssri
stalin
adolf hitler
işğal
hücum
məxfi
teleqram
şifrəli danışıq
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1b/426809007_0:0:2664:1500_1920x0_80_0_0_9e36163648e757c631101039306cb204.jpg
BAKI, 6 may — Sputnik. Rusiya Müdafiə Nazirliyi Böyük Vətən müharibəsi ərəfəsində və dövründə sovet hərbi kəşfiyyatının fəaliyyətinə dair məxfi sənədləri Zəfər Muzeyinə təhvil verib. Bu sənədlərdə, xüsusən Adolf Hitlerin üç həftə ərzində SSRİ üzərində qələbə qazanacağına və Sovet İttifaqındakı tərəfdaşların köməyi ilə İosif Stalini əsir götürəcəyinə inandığı söylənilir. İlk dəfə olaraq Almaniyanın SSRİ-yə hücuma hazırlaşmasına dair hərbi kəşfiyyat rəhbərlərinin məruzələri və xarici stansiyalardan şifrlənmiş teleqramlar, beynəlxalq vəziyyət və cəbhədəki vəziyyət haqqında kəşfiyyat orqanlarının hesabatları, habelə görkəmli kəşfiyyatçıların şəxsi işləri, fotoşəkilləri və əşyalar nümayiş etdirilib. Muzey ziyarətçiləri hərbi kəşfiyyatın effektivliyini və ümumi qələbəyə töhfəsini müstəqil qiymətləndirmək imkanı əldə edəcəklər. 25 mart 1941-ci il tarixli sənədlərin bir hissəsi nasist Almaniyasının SSRİ-yə hücum etmək niyyətindən bəhs edir. Bunu Adolf Hitlerin Rumıniyanın siyasi rəhbərliyi ilə şəxsi yazışmaları təsdiqləyir. Qızıl Ordunun Baş Qərargahının kəşfiyyat idarəsinin rəisinə ünvanlanan deşifrə edilmiş hesabatlardan birində göstərilib ki, alman komandanlığı Böyük Vətən Müharibəsi başlayandan sonra üç həftə ərzində yekun qələbə qazanacağını, SSRİ-dəki əlaltılarının köməyi ilə İosif Stalini və Sovet İttifaqının rəhbərliyini əsir alacağını, avqust ayında şərq cəbhəsindəki müharibəni tamamilə bitirərək sentyabr ayında İngiltərəyə hücum edəcəyini hesablamışdı. Həmçinin, ötürülən materiallar döyüşün ilk aylarında alman əhalisi və Vermaxt şəxsi heyəti arasında mənəvi əhval-ruhiyyənin sürətlə aşağı düşdüyünü və Qırmızı Ordunun qəhrəman hərəkətləri ilə əlaqədar nasistlərin şərq cəbhəsində səylərini məcburi şəkildə artırdığını göstərir. İşğalçılara qarşı döyüşlərdə yüz minlərlə hərbi kəşfiyyatçı iştirak edib. Onlardan 621 nəfəri "Sovet İttifaqı Qəhrəmanı", iki nəfər – 2-ci dərəcəli kapitan Viktor Leonov və general-leytenant Afanasi Şilin iki dəfə "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görülüb. Arxiv materialları əsasında fəaliyyətlərinin qiymətləndirilməsi nəticəsində daha doqquz operativ işçi daha sonra "Rusiya Federasiyasının Qəhrəmanı" adına layiq görülüblər. 751 nəfər "Şöhrət" ordeninin tam sahibi olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1b/426809007_0:0:2664:1998_1920x0_80_0_0_af4ab27f111f4b3df94803689b0d39ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ssri, stalin, adolf hitler, işğal, hücum, məxfi, teleqram, şifrəli danışıq
ssri, stalin, adolf hitler, işğal, hücum, məxfi, teleqram, şifrəli danışıq
Hitlerçilər 1941-ci ildə Stalini üç həftəyə ələ keçirmək istəyiblər
İşğalçılara qarşı döyüşlərdə yüz minlərlə hərbi kəşfiyyatçı iştirak edib. Onlardan 621 nəfəri "Sovet İttifaqı Qəhrəmanı", iki nəfər – 2-ci dərəcəli kapitan Viktor Leonov və general-leytenant Afanasi Şilin iki dəfə "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görülüb.
BAKI, 6 may — Sputnik. Rusiya Müdafiə Nazirliyi Böyük Vətən müharibəsi ərəfəsində və dövründə sovet hərbi kəşfiyyatının fəaliyyətinə dair məxfi sənədləri Zəfər Muzeyinə təhvil verib. Bu sənədlərdə, xüsusən Adolf Hitlerin üç həftə ərzində SSRİ üzərində qələbə qazanacağına və Sovet İttifaqındakı tərəfdaşların köməyi ilə İosif Stalini əsir götürəcəyinə inandığı söylənilir.
İlk dəfə olaraq Almaniyanın SSRİ-yə hücuma hazırlaşmasına dair hərbi kəşfiyyat rəhbərlərinin məruzələri və xarici stansiyalardan şifrlənmiş teleqramlar, beynəlxalq vəziyyət və cəbhədəki vəziyyət haqqında kəşfiyyat orqanlarının hesabatları, habelə görkəmli kəşfiyyatçıların şəxsi işləri, fotoşəkilləri və əşyalar nümayiş etdirilib. Muzey ziyarətçiləri hərbi kəşfiyyatın effektivliyini və ümumi qələbəyə töhfəsini müstəqil qiymətləndirmək imkanı əldə edəcəklər.
25 mart 1941-ci il tarixli sənədlərin bir hissəsi nasist Almaniyasının SSRİ-yə hücum etmək niyyətindən bəhs edir. Bunu Adolf Hitlerin Rumıniyanın siyasi rəhbərliyi ilə şəxsi yazışmaları təsdiqləyir.
Qızıl Ordunun Baş Qərargahının kəşfiyyat idarəsinin rəisinə ünvanlanan deşifrə edilmiş hesabatlardan birində göstərilib ki, alman komandanlığı Böyük Vətən Müharibəsi başlayandan sonra üç həftə ərzində yekun qələbə qazanacağını, SSRİ-dəki əlaltılarının köməyi ilə İosif Stalini və Sovet İttifaqının rəhbərliyini əsir alacağını, avqust ayında şərq cəbhəsindəki müharibəni tamamilə bitirərək sentyabr ayında İngiltərəyə hücum edəcəyini hesablamışdı.
Həmçinin, ötürülən materiallar döyüşün ilk aylarında alman əhalisi və Vermaxt şəxsi heyəti arasında mənəvi əhval-ruhiyyənin sürətlə aşağı düşdüyünü və Qırmızı Ordunun qəhrəman hərəkətləri ilə əlaqədar nasistlərin şərq cəbhəsində səylərini məcburi şəkildə artırdığını göstərir.
İşğalçılara qarşı döyüşlərdə yüz minlərlə hərbi kəşfiyyatçı iştirak edib. Onlardan 621 nəfəri "Sovet İttifaqı Qəhrəmanı", iki nəfər – 2-ci dərəcəli kapitan Viktor Leonov və general-leytenant Afanasi Şilin iki dəfə "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görülüb. Arxiv materialları əsasında fəaliyyətlərinin qiymətləndirilməsi nəticəsində daha doqquz operativ işçi daha sonra "Rusiya Federasiyasının Qəhrəmanı" adına layiq görülüblər. 751 nəfər "Şöhrət" ordeninin tam sahibi olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.