https://sputnik.az/20240506/azerbaycan-rusiyadan-qeyri-qanuni-sekilde-pul-dasindigi-en-populyar-olkeler-sirasindadir-464431590.html
Azərbaycan Rusiyadan qeyri-qanuni şəkildə pul daşındığı ən populyar ölkələr sırasındadır
Azərbaycan Rusiyadan qeyri-qanuni şəkildə pul daşındığı ən populyar ölkələr sırasındadır
Sputnik Azərbaycan
Ümumilikdə gömrük əməkdaşları tərəfindən 21 cinayət işi açılıb, onlardan 13-ü qanunsuz ixracla bağlı olub. 06.05.2024, Sputnik Azərbaycan
2024-05-06T19:42+0400
2024-05-06T19:42+0400
2024-05-06T19:42+0400
gömrük
rusiya
federal məclis
xidmət
qanunsuz
pul
daşınma
göndəriş
azərbaycan
rusiya
https://cdnn1.img.sputnik.az/img/05/87/058777_0:176:3018:1874_1920x0_80_0_0_379a1a46f141846c9b66e7851991f5c8.jpg
BAKI, 6 may — Sputnik. Rusiya Federal Gömrük Xidməti (FGX) 2024-cü ilin yanvar-mart ayları ərzində vətəndaşlar tərəfindən 518 milyon rubl (5 677 280 ABŞ dolları) ekvivalentində nağd pulun qeyri-qanuni daşınmasını müəyyən edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur. "Rusiya Federal Gömrük Xidməti 2024-cü ilin birinci rübündə vətəndaşlar tərəfindən 518 milyon rubl ekvivalentində nağd pulun qanunsuz daşınması ilə bağlı 2747 fakt aşkar edib. Əsasən dollar, avro və Rusiya rublunu qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edilib", - qurumdan məlumat verilib.Qeyd olunub ki, ümumilikdə gömrük əməkdaşları tərəfindən 21 cinayət işi açılıb, onlardan 13-ü qanunsuz ixracla bağlı olub. Həmçinin, vəsaitlərin bəyan edilməməsi və ya saxta bəyan edilməsinə görə 2726 inzibati xəta işi başlanıb. Bunlardan 1626 iş 10 min dollar ekvivalentindən artıq xarici valyutanın ixracı ilə bağlıdır. Rusiya FGX xatırladıb ki, 10 min dollar ekvivalentindən çox olan nağd pul Avrasiya İqtisadi İttifaqının (Aİİ) gömrük sərhədindən keçirilərkən məcburi yazılı bəyannamə verilir. Bir fiziki şəxs eyni vaxtda 100 min ABŞ dollarından artıq valyuta köçürdükdə, sərnişinin gömrük bəyannaməsinə vəsaitin mənşəyini təsdiq edən sənədlər əlavə edilməlidir. Həmçinin qeyd edilib ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) gömrük sərhədindən keçərkən 10 min dollar ekvivalentindən çox olan nağd pul məcburi yazılı bəyannamə ilə verilir. Bir şəxs 100 min dollardan çox məbləğdə valyutanı birdəfəlik köçürdükdə, pul vəsaitlərinin mənşəyini təsdiqləyən sənədlər sərnişin Gömrük bəyannaməsinə əlavə edilməlidir. "Bu qaydalar həm nağd pulun idxalına, həm də ixracına şamil edilir. Lakin 2 mart 2022-ci il tarixindən etibarən mövcud qaydalar Rusiya Federasiyası Prezidentinin 81 nömrəli ("Rusiya Federasiyasının maliyyə sabitliyinin təmin edilməsi üzrə iqtisadi xarakterli əlavə müvəqqəti tədbirlər haqqında" - red.) fərmanı ilə tamamlanıb. Nağd pul vəsaitlərinin yazılı gömrük bəyannaməsində göstərilən məbləğdən heç bir rüsum və verginin toplanmasını nəzərdə tutmur", - RF Federal Gömrük Xidməti qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/05/87/058777_144:0:2875:2048_1920x0_80_0_0_bd2c567f15b9dcc5b2512160264d9d01.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
gömrük, federal məclis, xidmət, qanunsuz, pul, daşınma, göndəriş, azərbaycan, rusiya, avrasiya iqtisadi ittifaqı
gömrük, federal məclis, xidmət, qanunsuz, pul, daşınma, göndəriş, azərbaycan, rusiya, avrasiya iqtisadi ittifaqı
Azərbaycan Rusiyadan qeyri-qanuni şəkildə pul daşındığı ən populyar ölkələr sırasındadır
Ümumilikdə gömrük əməkdaşları tərəfindən 21 cinayət işi açılıb, onlardan 13-ü qanunsuz ixracla bağlı olub.
BAKI, 6 may — Sputnik. Rusiya Federal Gömrük Xidməti (FGX) 2024-cü ilin yanvar-mart ayları ərzində vətəndaşlar tərəfindən 518 milyon rubl (5 677 280 ABŞ dolları) ekvivalentində nağd pulun qeyri-qanuni daşınmasını müəyyən edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur.
"Rusiya Federal Gömrük Xidməti 2024-cü ilin birinci rübündə vətəndaşlar tərəfindən 518 milyon rubl ekvivalentində nağd pulun qanunsuz daşınması ilə bağlı 2747 fakt aşkar edib. Əsasən dollar, avro və Rusiya rublunu qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edilib", - qurumdan məlumat verilib.
"Onlar əsasən dollar, avro və Rusiya rublunu qaçaqmalçılıq yolu ilə keçiriblər. Türkiyə, BƏƏ və Azərbaycan ən populyar ölkələr olub", - FGX-dən bildiilib.
Qeyd olunub ki, ümumilikdə gömrük əməkdaşları tərəfindən 21 cinayət işi açılıb, onlardan 13-ü qanunsuz ixracla bağlı olub. Həmçinin, vəsaitlərin bəyan edilməməsi və ya saxta bəyan edilməsinə görə 2726 inzibati xəta işi başlanıb. Bunlardan 1626 iş 10 min dollar ekvivalentindən artıq xarici valyutanın ixracı ilə bağlıdır.
Rusiya FGX xatırladıb ki, 10 min dollar ekvivalentindən çox olan nağd pul Avrasiya İqtisadi İttifaqının (Aİİ) gömrük sərhədindən keçirilərkən məcburi yazılı bəyannamə verilir. Bir fiziki şəxs eyni vaxtda 100 min ABŞ dollarından artıq valyuta köçürdükdə, sərnişinin gömrük bəyannaməsinə vəsaitin mənşəyini təsdiq edən sənədlər əlavə edilməlidir.
Həmçinin qeyd edilib ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) gömrük sərhədindən keçərkən 10 min dollar ekvivalentindən çox olan nağd pul məcburi yazılı bəyannamə ilə verilir. Bir şəxs 100 min dollardan çox məbləğdə valyutanı birdəfəlik köçürdükdə, pul vəsaitlərinin mənşəyini təsdiqləyən sənədlər sərnişin Gömrük bəyannaməsinə əlavə edilməlidir.
"Bu qaydalar həm nağd pulun idxalına, həm də ixracına şamil edilir. Lakin 2 mart 2022-ci il tarixindən etibarən mövcud qaydalar Rusiya Federasiyası Prezidentinin 81 nömrəli ("Rusiya Federasiyasının maliyyə sabitliyinin təmin edilməsi üzrə iqtisadi xarakterli əlavə müvəqqəti tədbirlər haqqında" - red.) fərmanı ilə tamamlanıb. Nağd pul vəsaitlərinin yazılı gömrük bəyannaməsində göstərilən məbləğdən heç bir rüsum və verginin toplanmasını nəzərdə tutmur", - RF Federal Gömrük Xidməti qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.