Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Volodin Ukrayna Silahlı Qüvvələrini “xəstələr ordusu” adlandırıb

© AFP 2024 / -Украинские военные на фронте
Украинские военные на фронте - Sputnik Azərbaycan, 1920, 05.05.2024
Abunə olmaq
Artıq İİV, hepatit və vərəmə yoluxmuş şəxslər, həmçinin əqli cəhətdən zəif və ruhi xəstələr Ukrayna Silahlı Qüvvələrində xidmət edə biləcəklər.
BAKI, 5 may — Sputnik. Ukrayna hakimiyyətinin hərbi xidmətə “yararlılığın məhdudlaşdırılması” konsepsiyasını ləğv etmək qərarından sonra Ukrayna Silahlı Qüvvələri “xəstələr ordusuna” çevriləcək.
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin belə hesab edir.
Kiyevin qərarını özünün “Teleqram” kanalında şərh edən parlamentari qeyd edib ki, artıq İİV, hepatit və vərəmə yoluxmuş şəxslər, həmçinin əqli cəhətdən zəif və ruhi xəstələr Ukrayna Silahlı Qüvvələrində xidmət edə biləcəklər.
“Bu meyarlara görə, Ukrayna Silahlı Qüvvələri sıralarına ilk olaraq əqli cəhətdən qüsurlu şəxs kimi Bayden, eləcə də müxtəlif dərmanlardan asılı olan psixi xəstə kimi onun dostu Zelenski çağırılmalıdır”, – Volodin yazıb.
O qeyd edib ki, Ukrayna qanunvericiliyindəki yeniliklərə uyğun olaraq səfərbər olunanlara xərclənən material rolu verilib. Eyni zamanda xəstə insanları xidmətə çağırmağa qərar verən məmurlar öz kabinetlərində oturmağı planlaşdırırlar.
Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi bildirmişdi ki, əvvəllər məhdud xidmətə yararlı sayılan bütün hərbi vəzifəli şəxslərin dörd kateqoriyaya bölünməsi və Ukrayna Silahlı Qüvvələrinin sıralarına göndərilməsi planlaşdırılır.
Xəbər lenti
0