Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN: NATO-nun RF-nın hibrid hücumları ilə bağlı ittihamları dezinformasiyadır

© Sputnik / Наталья СеливерстоваЗдание Министерства иностранных дел РФ в Москве, фото из архива
Здание Министерства иностранных дел РФ в Москве, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.05.2024
Abunə olmaq
Şimali Atlantika Alyansının Şurası mayın 2-də NATO-nun Rusiyanı bloka üzv ölkələrə qarşı hibrid hücumlarda ittiham etdiyi barədə bəyanatı qəbul edib.
BAKI, 5 may - Sputnik. NATO-nun Şimali Atlantika Alyansına daxil olan ölkələrə hibrid hücumlarda ittihamları Rusiya əleyhinə isteriya dərəcəsinin bir az da artırılması və dezinformasiyasıdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Şimali Atlantika Alyansı və ayrı-ayrı üzv dövlətlərin rəhbərliyi Avropanın misli görünməmiş hərbiləşdirilməsi miqyasına haqq qazandırmaqdan ötrü və anti-Rusiya isteriya səviyyəsini yüksəltmək üçün dezinformasiyaya əl atıb əllərindən gələni edirlər”, - diplomat vurğulayıb.
Onun şərhi Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilib.
Zaxarova əlavə edib ki, bura “Şimal axını” terror aktları ilə bağlı araşdırmanın nəticələrinin şərikliyi və gizlədilməsi daxildir.
Xatırladaq ki, Şimali Atlantika Alyansının Şurası mayın 2-də NATO-nun Rusiyanı bloka üzv ölkələrə qarşı hibrid hücumlarda ittiham etdiyi barədə bəyanatı qəbul edib.
Bundan əvvəl Zaxarova bildirib ki, NATO qoşunları Ukraynaya göndərilərsə, o qoşunların izi-tozu belə qalmayacaq.
Xəbər lenti
0