CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elvin Basqallı: "Qeyri-əhali qrupu üçün istilik xidməti ilə bağlı qiymətlər dəyişəcək"

© Sputnik / Vitaliy Ankov / Mediabanka keçidRadiator, arxiv şəkli
Radiator, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Abunə olmaq
"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi bildirib ki, 2024-cü il sentyabrın 1-dən etibarən qeyri-əhali istehlakçıları üçün istilik xidmətləri ilə bağlı qiymətlər müqavilə ilə müəyyən ediləcək.
BAKI, 6 may — Sputnik. Azərbaycanda qeyri-əhali qrupuna aid istehlakçılar üçün istilik xidmətlərinə görə hesablaşmalar müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçiriləcək. Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edib. Dəyişikliyə görə, qeyri-əhali istehlakçıları üçün istilik xidmətləri ilə bağlı qiymətlər dövlət tərəfindən tənzimlənən qiymətlərin siyahısından çıxarılıb.
"Sentyabrın 1-dən qeyri-əhali üçün qiymətlər müqavilə ilə müəyyən ediləcək"
Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı Sputnik Azərbaycan-a bildirib ki, 2024-cü il sentyabrın 1-dən etibarən qeyri-əhali istehlakçıları üçün istilik xidmətləri ilə bağlı qiymətlər müqavilə ilə müəyyən ediləcək:

"İndiyə kimi qeyri-əhali istehlakçıları 1 kubmetr isidilən həcm üçün aylıq 25 qəpik ödəyirdilər. Bundan sonra isə qiymətlər müqavilə ilə müəyyən ediləcək. Yenilik ondan ibarətdir ki, qeyri-əhali qrupu üçün istilik xidmətləri ilə bağlı qiymətlər dövlət tərəfindən tənzimlənən qiymətlərin siyahısından çıxarılıb. Yəni bundan sonra qeyri-əhali qrupu üçün istilik xidmətləri tariflərini Tarif Şurası müəyyən etməyəcək. Bu qərar əhali qrupuna aid deyil".

© Photo : socail page of Elvin BasqalliElvin Basqallı
Elvin Basqallı - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Elvin Basqallı
"Qeyri-əhali qrupu üçün istilik xidməti ilə bağlı qiymətlər dəyişəcək"
O bildirib ki, sentyabrın 1-dək qeyri-əhali üçün istilik xidmətləri ilə bağlı xərclər müəyyən ediləcək və ona uyğun da müqavilələr bağlanacaq:
"Qeyri-əhali qrupu üçün istilik xidmətləri ilə bağlı qiymətlər dəyişəcək. Ancaq bu qiymətlərin bahalaşıb və ya ucuzlaşacağını indidən demək mümkün deyil".
Nazirlər Kabinetinin yeni qərarı
Qeyd edək ki, Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nın təsdiq edilməsi haqqında" və "İstilik enerjisindən istifadə qaydaları"nın təsdiq edilməsi haqqında" qərarlarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Sənəddə deyilir ki, ölkədə qiymətləri dövlət tərəfindən tənzimlənən sahələrin liberallaşması istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Nazirlər Kabineti bu qərarı qəbul edib.
Bu qərar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək
Qərara əsasən, bundan sonra istilik təchizatı xidmətlərinə görə hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə Tarif (qiymət) Şurasının müəyyən etdiyi tariflərlə, isti su təchizatı xidmətlərinə və qeyri-əhali qrupuna aid istehlakçılar üzrə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar isə müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçiriləcək. Bu qərar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.
Əhali üçün istilik xidməti tarifində dəyişiklik yoxdur
Onu da xatırladaq ki, hazırda əhali qrupu üçün istilik xidməti tarifi 1 kvadratmetr yaşayış sahəsinə görə aylıq 15 qəpikdir və bu tarifdə dəyişiklik yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
radiator - Sputnik Azərbaycan, 1920, 17.01.2024
CƏMİYYƏT
Məktəblərdə istilik problemi var? Valideynlər "bəli", rəsmi qurumlar "yox" deyir
Xəbər lenti
0