Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərbdə media azadlığı tənəzzül edir - Rusiya XİN

© Sputnik / Виталий БелоусовRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyi həmçinin Qərb dövlətlərinin hakimiyyət orqanları tərəfindən neoliberal Qərbin repressiv maşınını tam hiss etmiş Rusiya mediasına və jurnalistlərə qarşı davamlı özbaşınalıq faktlarına diqqət çəkib.
BAKI, 3 may — Sputnik. Hakimiyyətin istənilən fərqli düşüncəni məhv etdiyi və jurnalistləri repressiya etdiyi Qərb ölkələrində müstəqillik və media azadlığı kökündən məhv edilir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mayın 3-də qeyd olunan Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş müraciətində deyilir.

"Təəssüf ki, ümumdünya günü kimi qəbul edilən Ümumdünya Mətbuat Azadlığı və Mətbuat Günü tədricən mənasız bir tarixə çevrilir, Qərb təbliğatı ilə təhrif olunur. Biz bir daha kollektiv Qərb ölkələrində ifadə azadlığının və informasiyaya bərabər çıxışın təmin edilməsi ilə bağlı acınacaqlı vəziyyətə diqqət çəkirik. Bütün beynəlxalq öhdəlikləri pozaraq, qondarma demokratik ölkələr hər cür müxalifləri məhv etməyə davam edir" - XİN-in bəynatında qeyd olunub.

"Araşdırmaçı jurnalist Culian Assanj və digər vicdan məhbusları hələ də London zindanlarında yatırlar" - bəyanatda deyilir:
"Bu ilin yanvarında UTX həbsxanasında jurnalist Qonzalo Liranın ölümündən sonra beynəlxalq ixtisaslaşmış insan haqları təşkilatlarından hələ də heç bir reaksiya yoxdur. O, ABŞ və Çili vətəndaşlığından imtina etmişdi" - sənəddə bildirilir.
Rusiya mediasına qarşı özbaşınalıq
Rusiya Xarici İşlər Nazirliyi həmçinin Qərb dövlətlərinin hakimiyyət orqanları tərəfindən neoliberal Qərbin repressiv maşınını tam hiss etmiş Rusiya mediasına və jurnalistlərə qarşı davamlı özbaşınalıq faktlarına diqqət çəkib.

"Baltikyanı respublikalarda və Moldovada media azadlığı ilə bağlı dəhşətli vəziyyət xüsusi diqqətə layiqdir, hakimiyyət onların Qərb kuratorlarının gizli razılığı ilə "Rusiya təbliğatı" ilə mübarizə adı altında rusdilli KİV nümayəndələrini təqib edir. Ukraynada Prezident Volodimir Zelenskinin cinayətkar rejimi söz azadlığını tamamilə məhv edib, bütün müxalif mediaya qadağa qoyub və minlərlə internet resursuna girişi bağlayıb" - XİN qeyd edib.

"Kiyevin xaricdəki ağalarının razılığı, digərləri ilə yanaşı, rus jurnalistlərə qarşı bir sıra qəddar repressiyaların davam etdirilməsinə səbəb olub. Ukrayna silahlılarının əli ilə öldürülən yerli media nümayəndələrinin siyahısına bu yaxınlarda öz peşə borcunu yerinə yetirərkən neonasistlər tərəfindən PUA-dan istifadə edilərək qəsdən öldürülən "İzvestiya"nın hərbi müxbiri Semyon Eremin əlavə edilib. Biz hələ də YUNESKO-nun direktorundan Semyon Yeryomin, eləcə də digər rusiyalı jurnalistlərin (Darya Dugina (Platonova), Vladlen Tatarski (Maksim Fomin), Oleq Klokov, Rostislav Juravlyov, Boris Maksudov) qətlini pisləyən sözləri eşitməmişik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0