https://sputnik.az/20240503/peskov-rusiyadan-geden-vetendaslarin-geri-qayitmasi-normaldir-iqtisadiyyat-bele-isleyir-464362417.html
Peskov: Rusiyadan gedən vətəndaşların geri qayıtması normaldır, iqtisadiyyat belə işləyir
Peskov: Rusiyadan gedən vətəndaşların geri qayıtması normaldır, iqtisadiyyat belə işləyir
Sputnik Azərbaycan
Diplomat qeyd edib ki, Rusiya iqtisadiyyatının inkişaf dinamikası biznes üçün böyük imkanlar yaradır. 03.05.2024, Sputnik Azərbaycan
2024-05-03T16:13+0400
2024-05-03T16:13+0400
2024-05-03T16:19+0400
peskov
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
rusiya
vətəndaş
geri
rusiyalı
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456156193_0:0:3072:1728_1920x0_80_0_0_63b2958d379edaa761aea12c51612d3c.jpg
BAKI, 3 may — Sputnik. Rusiyadan gedən vətəndaşların geri qayıtması prosesi tamamilə normaldır. Ölkə biznesin inkişafı üçün böyük imkanlar yaradır və bu bizneslə öz evində məşğul olmaq daha etibarlıdır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Biz, əvvəllər də demişik ki, bu, çoxistiqamətli prosesdir. Haçansa ölkədən gedən rusiyalılar bir müddət sonra geri qayıdırlar. Çünki istənilən halda bizimlə iş görmək daha maraqlıdır. Bizim daha çox imkanlarımız var. Bizneslə öz evində məşğul olmaq daha etibarlıdır. Bu, normal bir prosesdir. Kimlərsə gedir, kimlərsə geri qayıdır. İqtisadiyyat belə işləyir" - Peskov Kremlin xüsusi hərbi əməliyyat (XHƏ) zamanı ölkədən gedən rusiyalıların geri dönməsi ilə bağlı sualına cavabında deyib. O, həmçinin qeyd edib ki, Rusiya iqtisadiyyatının inkişaf dinamikası biznes üçün böyük imkanlar yaradır. "Statistikaya görə, ötən il ərzində yaradılan kiçik və orta biznesin subyektlərinin sayına, vergilərin toplanmasına və digərlərinə nəzər salsanız, bu, iş həyatının olduqca dinamik inkişaf etdiyini göstərir" - Rusiya prezidentinin mətbuat katibi Peskov əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456156193_341:0:3072:2048_1920x0_80_0_0_629baa00139d935ba986a13d948fd445.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
peskov, xüsusi hərbi əməliyyat, rusiya, vətəndaş, geri, rusiyalı
peskov, xüsusi hərbi əməliyyat, rusiya, vətəndaş, geri, rusiyalı
Peskov: Rusiyadan gedən vətəndaşların geri qayıtması normaldır, iqtisadiyyat belə işləyir
16:13 03.05.2024 (Yenilənib: 16:19 03.05.2024) Diplomat qeyd edib ki, Rusiya iqtisadiyyatının inkişaf dinamikası biznes üçün böyük imkanlar yaradır.
BAKI, 3 may — Sputnik. Rusiyadan gedən vətəndaşların geri qayıtması prosesi tamamilə normaldır. Ölkə biznesin inkişafı üçün böyük imkanlar yaradır və bu bizneslə öz evində məşğul olmaq daha etibarlıdır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz, əvvəllər də demişik ki, bu, çoxistiqamətli prosesdir. Haçansa ölkədən gedən rusiyalılar bir müddət sonra geri qayıdırlar. Çünki istənilən halda bizimlə iş görmək daha maraqlıdır. Bizim daha çox imkanlarımız var. Bizneslə öz evində məşğul olmaq daha etibarlıdır. Bu, normal bir prosesdir. Kimlərsə gedir, kimlərsə geri qayıdır. İqtisadiyyat belə işləyir" - Peskov Kremlin xüsusi hərbi əməliyyat (XHƏ) zamanı ölkədən gedən rusiyalıların geri dönməsi ilə bağlı sualına cavabında deyib.
O, həmçinin qeyd edib ki, Rusiya iqtisadiyyatının inkişaf dinamikası biznes üçün böyük imkanlar yaradır.
"Statistikaya görə, ötən il ərzində yaradılan kiçik və orta biznesin subyektlərinin sayına, vergilərin toplanmasına və digərlərinə nəzər salsanız, bu, iş həyatının olduqca dinamik inkişaf etdiyini göstərir" - Rusiya prezidentinin mətbuat katibi Peskov əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.