DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lirə xilas olur? Türkiyədə illik inflyasiya kəskin şəkildə azalıb

© AFP 2024 / OZAN KOSElirə
lirə - Sputnik Azərbaycan, 1920, 05.08.2024
Abunə olmaq
İyun ayında ölkədə inflyasiya bir il ərzində ilk dəfə olaraq yavaşladıqdan sonra göstəricinin azalması davam edib.
BAKI, 5 avqust — Sputnik. Türkiyədə illik inflyasiya ay ərzində təxminən 10 faiz azalaraq 61,78%-ə düşüb. Bu barədə Türkiyənin Statistika İdarəsi (TÜİK) məlumat yayıb.
"İyulda illik inflyasiya illik müqayisədə 61,78%-ə qədər azalıb, qiymətlər aylıq 3,23% artıb" - idarə bildirib.
İyun ayında illik inflyasiya 71,6% təşkil edib. Eyni zamanda, bir qrup türk müstəqil iqtisadçı (ENAG) illik inflyasiyanı 100% (bir ay əvvəl 113%) qiymətləndirir. Belə ki, iyun ayında ölkədə inflyasiya bir il ərzində ilk dəfə olaraq yavaşladıqdan sonra göstəricinin azalması davam edib.
Sonuncu dəfə ləngimə ötən ilin iyununda qeydə alınıb - o zaman bu, 38,21% təşkil edib. Bundan sonra inflyasiya ancaq sürətlənib və cari ilin mayın sonunda onun 75,45%-lik göstəricisi 2022-ci ilin sonundan bəri ən yüksək göstərici olub.
Bu arada Türkiyə Mərkəzi Bankı iyulun sonunda keçirdiyi iclasdan sonra əsas faiz dərəcəsini dəyişməyərək 50% səviyyəsində saxlayıb. Dörd aydır ki, məzənnə dəyişməyib. Mərkəzi Bankın sədr müavininin sözlərinə görə, tənzimləyici hələ ki, onu azaltmağı planlaşdırmır, inflyasiyanın davamlı azalması onun azalması üçün ilkin şərt olacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl Türkiyədə illik inflyasiyanın sentyabrda 50%-dən aşağı düşəcəyinə ümid etdiyini bildirib.
İyul ayında beynəlxalq reytinq agentliyi Moody's Türkiyə iqtisadiyyatında aparılan islahatlar sayəsində Türkiyənin kredit reytinqini birdən-birə iki səviyyə artıraraq B3-dən B1-ə yüksəldib.
03.05.24, 12:41
Apreldə Türkiyədə inflyasiya illik müqayisədə 70 faizə yüksəlib
Türkiyədə aprelin sonunda inflyasiya 3,18% təşkil edib və bir ay əvvəl olan 68,5% ilə müqayisədə illik hesablamada 69,8%-ə çatıb. Bu barədə Türkiyə Milli Statistika İnstitutu məlumat yayıb.
Eyni zamanda, ENAG üzvü bir qrup müstəqil iqtisadçı apreldə ölkədə inflyasiyanın səviyyəsini illik hesablamada 124,35% qiymətləndirib. Mart ayında olan məlumata görə, Türkiyədə illik inflyasiya 124,63% təşkil edib.
İqtisadçılar aprel ayında Türkiyədə inflyasiyanın 3,22% artacağını proqnozlaşdırıblar.
Türkiyənin maliyyə naziri Mehmet Şimşək daha əvvəl bildirmişdi ki, yerli hakimiyyət orqanları iyun ayından inflyasiyanın sürətlə azalacağını gözləyir. İlin sonuna qədər Türkiyə Mərkəzi Bankı bunu 36% səviyyəsində proqnozlaşdırır.
Eyni zamanda, tənzimləyicinin aprel sorğusunun iştirakçıları ilin sonuna qədər inflyasiyanın 44,1% olacağını gözlədiklərini bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0