Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

ABŞ özü "Azov"a silahların verilməsini qadağan edir - Denis Prokopenko

© AP Photo / Julia NikhinsonUkrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Abunə olmaq
Zelenskiyə ünvanladıqları petisiyada "Azovçular" Ukrayna rəhbərliyini Azova ABŞ silahlarının verilməsini qadağan edən düzəlişin ABŞ qanunlarından çıxarılmasını təmin etmək üçün hər cür səy göstərməyə çağırıblar.
BAKI, 3 may — Sputnik. "Azov"* briqadasının hələ də ABŞ yardımı almasına icazə verilmir və Zelenski bu məsələni həll etməkdən imtina edib. Bunu briqada komandiri Denis Prokopenko bildirib.
Onun sözlərinə görə, briqada iki dəfə Ukrayna prezidentinin saytında petisiya təqdim etməyə cəhd edib, lakin onlar onu dərc etməkdən imtina ediblər. Qeyd edilib ki, bu məsələ Zelenskinin səlahiyyətinə aid deyil.
Məsələ ondadır ki, ABŞ özü Azova silahların verilməsini qadağan edir.

"Bu, 2017-ci ildən qüvvədə olan və "Azov" batalyonuna silah, təlim və digər yardımların verilməsini əngəlləyən ABŞ qanunlarına edilən dəyişikliklərin nəticəsi idi", - briqada komandiri xatırladıb.

Zelenskiyə ünvanladığı petisiyada "Azovçular" Ukrayna rəhbərliyini Azova ABŞ silahlarının verilməsini qadağan edən düzəlişin ABŞ qanunlarından çıxarılmasını təmin etmək üçün hər cür səy göstərməyə çağırıblar.
Xatırladaq ki, "Azov"un silahlandırılmasını qadağan edən düzəliş hələ 2015-ci ildə Demokrat konqresmen Con Conyers Jr. tərəfindən təqdim edilib. O, Qərb mətbuatında dərc olunan yazılara istinad edərək bildirib ki, "Azov" (o vaxtlar batalyon) "açıq-aşkar neonasist" kimi xarakterizə olunur. Dəyişiklik 2017-ci ildə təsdiqlənib və hələ də qüvvədədir. Azov neonasizmlə bağlı ittihamları rədd edir və onları "Rusiya təbliğatı" adlandırır.
*Rusiyada fəaliyyəti qadağan olunub
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0