https://sputnik.az/20240502/vasinqtonun-sanksiyalari-munasibetlerin-inkisafina-mane-ola-bilmez---peskov-464329986.html
Vaşinqtonun sanksiyaları münasibətlərin inkişafına mane ola bilməz - Peskov
Vaşinqtonun sanksiyaları münasibətlərin inkişafına mane ola bilməz - Peskov
Sputnik Azərbaycan
Peskov əlavə edib ki, Rusiya digər ölkələrlə əməkdaşlığı davam etdirməyi və eyni zamanda bu cür qeyri-dost, daha doğrusu düşmənçilik təzahürlərindən yaranan... 02.05.2024, Sputnik Azərbaycan
2024-05-02T15:08+0400
2024-05-02T15:08+0400
2024-05-02T15:18+0400
peskov
rusiya
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
dmitri peskov
rusiya federasiyası
kreml
kreml
kreml
qərb
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460810963_0:0:3077:1731_1920x0_80_0_0_b6ed79827a1e40ea69bf28108a413a36.jpg
BAKI, 2 may — Sputnik. Rusiya ABŞ sanksiyalarının risklərini minimuma endirməklə digər ölkələrlə əməkdaşlığı davam etdirəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O vurğulayıb ki, Vaşinqtonun sanksiyaları digər dövlətlərlə münasibətlərin inkişafına mane ola bilməz. "Birləşmiş Ştatlar bu ölkələrə gizli təzyiqini davam etdirir, şirkətlər (sanksiyaya məruz qalan hüquqi şəxslər - red.) əziyyət çəkir" - Kreml nümayəndəsi bildirib. Onun özlərinə görə, bu ölkələr, Rusiya ilə əməkaşlıqda maraqlıdırlar və onlar öz suverenliklərini qoruyurlar. Peskov əlavə edib ki, Rusiya digər ölkələrlə əməkdaşlığı davam etdirməyi və eyni zamanda bu cür qeyri-dost, daha doğrusu düşmənçilik təzahürlərindən yaranan risklərin minimuma salınmasını gözləyir. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib. Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl bəyan edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
qərb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460810963_249:0:2980:2048_1920x0_80_0_0_c3a5c6907036206beb9c88c2ac4bc7b2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, dmitri peskov, rusiya federasiyası, kreml, kreml, kreml, qərb, qərb, qərb, rusiya prezidenti vladimir putin, vladimir putin, birləşmiş ştatlar
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, dmitri peskov, rusiya federasiyası, kreml, kreml, kreml, qərb, qərb, qərb, rusiya prezidenti vladimir putin, vladimir putin, birləşmiş ştatlar
Vaşinqtonun sanksiyaları münasibətlərin inkişafına mane ola bilməz - Peskov
15:08 02.05.2024 (Yenilənib: 15:18 02.05.2024) Peskov əlavə edib ki, Rusiya digər ölkələrlə əməkdaşlığı davam etdirməyi və eyni zamanda bu cür qeyri-dost, daha doğrusu düşmənçilik təzahürlərindən yaranan riskləri minimuma salınmasını gözləyir.
BAKI, 2 may — Sputnik. Rusiya ABŞ sanksiyalarının risklərini minimuma endirməklə digər ölkələrlə əməkdaşlığı davam etdirəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O vurğulayıb ki, Vaşinqtonun sanksiyaları digər dövlətlərlə münasibətlərin inkişafına mane ola bilməz.
"Birləşmiş Ştatlar bu ölkələrə gizli təzyiqini davam etdirir, şirkətlər (sanksiyaya məruz qalan hüquqi şəxslər - red.) əziyyət çəkir" - Kreml nümayəndəsi bildirib. Onun özlərinə görə, bu ölkələr, Rusiya ilə əməkaşlıqda maraqlıdırlar və onlar öz suverenliklərini qoruyurlar.
Peskov əlavə edib ki, Rusiya digər ölkələrlə əməkdaşlığı davam etdirməyi və eyni zamanda bu cür qeyri-dost, daha doğrusu düşmənçilik təzahürlərindən yaranan risklərin minimuma salınmasını gözləyir.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib. Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl bəyan edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.