Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Paytaxtın parkinq dərdi: Aktyorların cibinə girirlər, tamaşaçılar teatra gedə bilmirlər

© Sputnik / Anar MustafayevBakıda parkomat
Bakıda parkomat - Sputnik Azərbaycan, 1920, 02.05.2024
Abunə olmaq
AYNA bildirib ki, qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb.
BAKI, 2 may — Sputnik. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda isə imtiyazlar nəzərdə tutulmayıb.
Bunu Sputnik Azərbaycan-a Əməkdar artist Əkbər Əlizadənin işləyən şəxslərə parklanma üçün imtiyazlar tələbi ilə bağlı sorğusuna cavabda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edək ki, Əməkdar artist Əkbər Əlizadə şəhərin mərkəzindəki parkinqlərdən şikayətçidir. Aktyor çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Dram Teatrına yollandığını, amma maşınını saxlamağa yer tapmadığını bildirib.
Sosial media hesabında videomüraciət yayımlayan sənətçi aidiyyəti qurumlara səslənib:

"Hörmətli qurumlar, məsələni çözün. Akademik Musiqili Teatrda çalışıram. Tamaşaya gəlmişəm. Zərifə Əliyeva küçəsi bağlıdır, keçmək mümkün deyil. Molokan bağının yanında dayanacaqda yer olduğu halda polis içəri buraxmır. Maşınlar dayanıb, içəridə yer ola-ola buraxmırlar. Kimə deyim? Yerüstü Nəqliyat Agentliyinin rəhbərinin yanında qəbulda oldum. Cavab verdi ki, mənə necə göstəriş verilibsə, elə edirəm. Vaxtında tamaşaya gəlmişəm, maşını harada saxlayım? Kibrit qutusu deyil ki, qatlayım qoyum cibimə. Tək mənim yox, teatrın digər əməkdaşlarının böyük problemidir. Dayanacağa hər saatda ödədiyimiz pul maaşımızın yarısını aparır. Tamaşaçılarımızın sayını da bu məsələ azaldıb, çünki teatra gələnlər maşın saxlamağa yer tapmır".

AYNA-dan bildirilib ki, parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən yeni qaydalar həm tariflərin özünü, həm şəhərin tarif zonalarını müəyyən edir. Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir.
"Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər. Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda isə imtiyazlar nəzərdə tutulmayıb" - deyə cavabda bildirilib.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirib ki, qanunda istisnalar olmadığından AYNA iş yerlərinə münasibətdə imtiyazlar tətbiq edə bilmir.
"Sakinlərlə yanaşı işləyən şəxslərə də avtomobillərini park etmək üçün pulsuz parklanma yerlərinin ayrılması üçün "Yol Hərəkəti Haqqında" qanunda və Nazirlər Kabinetinin müvafiq qərarlarında dəyişiklik edilməlidir. Bu məsələ qanunda nəzərdə tutulmadığından, işləyən şəxslərə iş yerlərinə yaxın ərazilərdə pulsuz parklanma yerləri ayrılmır. Doğurdan da işləyən şəxslər bu məsələdə problem yaşayırlar. Biz də təklif edirik ki, onlara güzəşt edilsin. Çünki, çalışan insanlar yaxında ucuz parklanma yeri tapa bilmirlər. Bu şikayətlərin haqlı tərəfi var. Yeraltı özəl parklanma yerləri çox bahadır. Bəzi yerlərdə yeraltı dayanacaqlar çox uzaqdadır. Ona görə də işləyən şəxslər bu məsələdə çətinlik çəkir. Heç kəs də bir kilometr kənarda avtomobilini saxlayıb işə piyada gəlmək istəmir. Vətəndaşlar bu məsələdə problem yaşadıqlarından bu məsələ tez-tez gündəmə gəlir. Qanunvericilikdə dəyişikliklə bağlı Milli Məclisdə bu məsələ qaldırılmalı, yaxud da Nazirlər Kabineti bunu hansısa formada tənzimləməlidir" - Elməddin Muradlı bildirib.
Xəbər lenti
0