https://sputnik.az/20240502/bineqedide-silahli-sexslere-qarsi-emeliyyat-kecirilib-464324780.html
Binəqədidə silahlı şəxslərə qarşı əməliyyat keçirilib
Binəqədidə silahlı şəxslərə qarşı əməliyyat keçirilib
Sputnik Azərbaycan
Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə... 02.05.2024, Sputnik Azərbaycan
2024-05-02T12:19+0400
2024-05-02T12:19+0400
2024-05-02T12:22+0400
binəqədi
paytaxt xəbərləri
bakı
əməliyyat
binəqədi rayon polis idarəsi
silahlı
silahlı şəxslər
https://cdnn1.img.sputnik.az/img/42361/91/423619134_293:331:1920:1246_1920x0_80_0_0_4b1fe3ba7cc86ca733d34fefbb00dfdd.jpg
BAKI, 2 may — Sputnik. Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib. DİN-in məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirib. Tədbirlər zamanı əvvəllər məhkum olunmuş Azər Əzizovdan 2 kiloqram 130 qram heroin, Xırdalan şəhər sakini Murad Hüseynovdan 4 kiloqram 375 qram marixuana aşkarlanıb. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq odlu silah-sursat saxlayan əvvəllər məhkum olunmuş Oktay Xanlarzadə saxlanılıb. Ondan 1 ədəd lüləsi kəsilmiş odlu silah və 4 ədəd patron aşkarlanıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir. Qeyd edilib ki, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən aprel ayı ərzində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 95 fakt aşkar olunub. Vətəndaşlarla aparılaran profilaktik tədbirlərin nəticəsi olaraq 7 odlu silah, o cümlədən 5 "Kalaşnikov" avtomatı, 2 "Makarov" tapançası və 187 ədəd patron polis əməkdaşlarına təhvil verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42361/91/423619134_213:0:1920:1280_1920x0_80_0_0_eb911d8845a49d20cbf749ea39388b97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
binəqədi, bakı, əməliyyat, binəqədi rayon polis idarəsi, silahlı, silahlı şəxslər
binəqədi, bakı, əməliyyat, binəqədi rayon polis idarəsi, silahlı, silahlı şəxslər
Binəqədidə silahlı şəxslərə qarşı əməliyyat keçirilib
12:19 02.05.2024 (Yenilənib: 12:22 02.05.2024) Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
BAKI, 2 may — Sputnik. Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib.
DİN-in məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirib. Tədbirlər zamanı əvvəllər məhkum olunmuş Azər Əzizovdan 2 kiloqram 130 qram heroin, Xırdalan şəhər sakini Murad Hüseynovdan 4 kiloqram 375 qram marixuana aşkarlanıb.
Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq odlu silah-sursat saxlayan əvvəllər məhkum olunmuş Oktay Xanlarzadə saxlanılıb. Ondan 1 ədəd lüləsi kəsilmiş odlu silah və 4 ədəd patron aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edilib ki, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən aprel ayı ərzində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 95 fakt aşkar olunub. Vətəndaşlarla aparılaran profilaktik tədbirlərin nəticəsi olaraq 7 odlu silah, o cümlədən 5 "Kalaşnikov" avtomatı, 2 "Makarov" tapançası və 187 ədəd patron polis əməkdaşlarına təhvil verilib.