Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Səfir: ABŞ-ın Rusiyaya qarşı Ukraynada kimyəvi silahdan istifadə ittihamları əsassızdır

© Sputnik / Илья Питалев / Mediabanka keçidRusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov - Sputnik Azərbaycan, 1920, 02.05.2024
Abunə olmaq
ABŞ iyrənc bəyanatlarla Rusiyanın tərəfdaşlarını qorxutmağa çalışır.
BAKI, 2 may — Sputnik. ABŞ-ın Ukraynada kimyəvi silahdan istifadə etməkdə Rusiyaya qarşı ittihamlarının heç bir əsası yoxdur.
Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov "Telegram" kanalında qeyd edib.
"Yerli məmurlar Rusiya ilə qarşıdurmada alternativ addımların olmaması kateqoriyasında ən müxtəlif tədbirləri sadalayırlar. O cümlədən bunlar kimyəvi silahdan istifadə etməkdə Rusiyaya qarşı olan tamamilə iyrənc və əsassız ittihamlardır" - səfir bildirib.
Antonov vurğulayıb ki, Vaşinqton normal xarici ticarət əməkdaşlığı kanallarını bağlamaq üçün Rusiyanın tərəfdaşlarını, o cümlədən Çini qorxutmağa çalışır.
Bu yaxınlarda Rusiyanın Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatındakı daimi nümayəndəsi Vladimir Tarabrin söyləyib ki, ABŞ Rusiyanı strateji məğlubiyyətə uğratmaq istəyi ilə Ukraynada kimyəvi cinayətlərin ssenarilərini hazırlayır, Vaşinqton isə Vladimir Zelenskini hər cür müdafiə etməyə çalışır.
***
Rusiyanı sanksiyalarla qorxutmaq olmaz.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov deyib.
O, Vaşinqtonun yeni sanksiyalarını “qanunsuz hiylə” kimi qiymətləndirib: “ABŞ dünya bazarında rəqiblərini “nokaut etməyə” çalışır. ABŞ bizim tərəfdaşlarımızı, o cümlədən Çini qorxutmağa çalışır, normal xarici ticarət əməkdaşlığının kanallarını bağlamağa cəhd edir. Onlar yenə də yerli yüksək texnologiya, nəqliyyat və enerji şirkətlərini hədəfə alırlar”.
Diplomatın sözlərinə görə, ABŞ bu cür “qanunsuz hiylələrlə” başqa ölkələrlə əməkdaşlığa ziyan vurur.
Qeyd edək ki, ABŞ mayın 1-də Rusiyanın hərbi sənaye bazasına dəstək səbəbindən müxtəlif ölkələrdən 29 fiziki və 250-dən çox hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
Xəbər lenti
0