Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Medvedev: Rusiya zavodları vətəndaşların rifahına xələl gətirmədən silahlar istehsal edir

© Sputnik / Екатерина Штукина / Mediabanka keçidRusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Sputnik Azərbaycan, 1920, 01.05.2024
Abunə olmaq
Siyasətçi əminliklə bildirib ki, Rusiya uğur qazanmaq üçün lazım olan hər şeyə sahibdir və mütləq qalib gələcək.
BAKI, 1 may — Sputnik. Rusiya zavodları düşmənləri titrədən güclü silahlar istehsal edir. Dövlət bunu iqtisadiyyatın digər sahələrinə xələl gətirmədən etməyi bacarır.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "VKontakte" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Siyasətçinin sözlərinə görə, Rusiya uğur qazanmaq üçün lazım olan hər şeyə malikdir və mütləq qalib gələcək. Bunun üçün onun texnoloji potensialı, iş təcrübəsi, əzmkarlığı və gücü, Vətənə olan sədaqəti, dərin tarixi yaddaşı və qarşıya qoyulan dəqiq məqsədləri var.
"Bu gün zavodlarımız düşmənləri titrədən nəhəng silahlar istehsal edir. Eyni zamanda, biz bu silahları sadəcə döyüş üçün deyil, digər şeylər kimi ölkəmizin firavanlığı üçün istehsal edirik" - sədr müavini bildirib.
Medvedev fevralda qeyd edib ki, Qərb Rusiyanın Ukraynada qısa müddətdə məğlub olacağını gözləsə də, ümidləri boşa çıxıb. O, hadisələrin tamamilə fərqli bir ssenari ilə cərəyan etdiyini vurğulayıb.
Siyasətçi qeyd edib ki, Qərb mediası "Rusiya dağılmaq üzrədir", "Rusiyanın Atlantik döyüş maşınına müqavimət göstərmək üçün kifayət qədər gücü yoxdur" kimi başlıqları ilə doludur. Onun fikrincə, bütün bu nəşrlər ilk növbədə Qərbin adi insanlarına deyil, Rusiya ilə Ukrayna arasında münaqişənin davam etdirilməsində maraqlı olan elitaya yönəlib.
Xəbər lenti
0