https://sputnik.az/20240501/bakida-dunya-dini-liderlerinin-gorusu-kecirilir-464313000.html
Bakıda dünya dini liderlərinin görüşü keçirilir
Bakıda dünya dini liderlərinin görüşü keçirilir
Sputnik Azərbaycan
Bakı görüşü öz işini "Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi" mövzusunda plenar iclasla davam etdirəcək. 01.05.2024, Sputnik Azərbaycan
2024-05-01T15:58+0400
2024-05-01T15:58+0400
2024-05-01T16:02+0400
bakı
paytaxt xəbərləri
unesco
bmt sivilizasiyalar alyansı
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454262559_0:160:3072:1888_1920x0_80_0_0_8c10d3e3a01ad8152f7b85416b3bea58.jpg
BAKI, 1 may — Sputnik. Azərbaycanın paytaxtında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin görüşü keçirilir. Tədbirdə 30-dan çox ölkədən dini lider iştirak edir. Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos çıxış edəcəklər. Bakı görüşü öz işini "Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi" mövzusunda plenar iclasla davam etdirəcək. Sessiyanın təşkilatçıları Qafqaz Müsəlmanları İdarəsi, BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO-dur. Xatırladaq ki, mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454262559_171:0:2902:2048_1920x0_80_0_0_c493f4ad82ac248d146c678d567dcb2c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, unesco, bmt sivilizasiyalar alyansı
bakı, unesco, bmt sivilizasiyalar alyansı
Bakıda dünya dini liderlərinin görüşü keçirilir
15:58 01.05.2024 (Yenilənib: 16:02 01.05.2024) Bakı görüşü öz işini "Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi" mövzusunda plenar iclasla davam etdirəcək.
BAKI, 1 may — Sputnik. Azərbaycanın paytaxtında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin görüşü keçirilir.
Tədbirdə 30-dan çox ölkədən dini lider iştirak edir.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos çıxış edəcəklər.
Bakı görüşü öz işini "Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi" mövzusunda plenar iclasla davam etdirəcək. Sessiyanın təşkilatçıları Qafqaz Müsəlmanları İdarəsi, BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO-dur.
Xatırladaq ki, mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.
Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir.
Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər.