https://sputnik.az/20240430/volodin-anti-rusiya-siyasetinin-finlandiya-ucun-agir-neticelerini-tesvir-edib-464265243.html
Volodin anti-Rusiya siyasətinin Finlandiya üçün ağır nəticələrini təsvir edib
Volodin anti-Rusiya siyasətinin Finlandiya üçün ağır nəticələrini təsvir edib
Sputnik Azərbaycan
Rusiya Federasiyasından Finlandiyaya turist axını dayanıb, nəticədə oradakı müəssisələr bağlanır, bələdiyyələr boşalır və hətta yoxa çıxmağa başlayırlar. 30.04.2024, Sputnik Azərbaycan
2024-04-30T08:02+0400
2024-04-30T08:02+0400
2024-04-30T08:02+0400
vyaçeslav volodin
rusiya
finlandiya
rusiya federasiyası
dövlət duması
əməkdaşlıq
https://cdnn1.img.sputnik.az/img/41592/06/415920620_0:0:2987:1680_1920x0_80_0_0_81f014466cdd62ce5ae8440662846d53.jpg
BAKI, 30 aprel — Sputnik. Finlandiya Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamaq qərarına gəlməklə özünü inkişaf imkanından məhrum edir və bunun sonu finlər üçün yaxşı olmayacaq. Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bu barədə özünün "Telegram" kanalında yazıb. "Əvvəldən aydın idi ki, bu cür hərəkətlər finlər üçün yaxşı bitməyəcək. Rusiya ilə iqtisadi əməkdaşlıq onların şərq rayonlarına firavanlıq gətirirdi. Lakin Finlandiya rəhbərliyi dəmir pərdəni endirməklə öz vətəndaşlarını cəzalandırdı və ölkəni inkişaf imkanından məhrum etdi", - Volodin qeyd edib. Dövlət Dumasının spikeri bəyan edib ki, Rusiya Federasiyasından Finlandiyaya turist axını dayanıb, nəticədə oradakı müəssisələr bağlanır, bələdiyyələr boşalır və hətta yoxa çıxmağa başlayırlar. Volodin, Rusiya ilə sərhədə yaxın yerləşən Finlandiyanın Virolahti bələdiyyəsini misal çəkib. Hakimiyyət hazırda "buraxılış məntəqələrinin bağlanmasından sonra iqtisadi vəziyyətin pisləşməsi səbəbindən həmin əyalətin Hamina şəhəri ilə birləşməsini planlaşdırır. " Onun sözlərinə görə, şəhərin küçələrində təmizlik işləri aparmağa belə pulu yoxdur. "Onlar iqtisadiyyatı öz əlləri ilə məhv etdilər və hazırda Finlandiya Rusiya ilə həmsərhəd regionların maliyyələşdirilməsi üçün Avropa İttifaqından 10 milyard avro istəyir. Bu, Finlandiyanın NATO-ya daxil olmasının ilk nəticələrindən və nəticədə suverenliyinin itirilməsindən başqa bir şey deyil", - Volodin sözünü yekunlaşdırıb. Xəbər verdildiyi kimi, Finlandiya siyasətçiləri anti-Rusiya sanksiyaları nəticəsində bütün Şərqi Finlandiyanın iqtisadi böhrana girdiyini rəsmən etiraf ediblər. Helsinkinin sərhəd bələdiyyələrinə kömək etmək üçün pulu yoxdur, ona görə də Finlandiya hakimiyyəti Avropa İttifaqından pul dilənir. Brüssel pul verəcəyini vəd edir, amma çox deyil və yalnız gələn il. Xatırladaq ki, Finlandiya hökuməti 2022-ci il sentyabrın 30-da Rusiya vətəndaşlarının turizm məqsədi ilə ölkəyə girişinə, habelə Finlandiya ərazisindən digər Aİ ölkələrinə turist tranzitinə məhdudiyyət qoyub. 2023-cü ilin noyabrında isə Finlandiya Dövlət Şurası Rusiya-Finlandiya sərhədindəki 8 sərhəd keçid məntəqəsindən 4-nün tamamilə bağlanması barədə qərar qəbul edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41592/06/415920620_0:0:2731:2048_1920x0_80_0_0_b0da06c678de6d13984b5b28db8a6ab7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
vyaçeslav volodin, finlandiya, rusiya federasiyası, dövlət duması, əməkdaşlıq
vyaçeslav volodin, finlandiya, rusiya federasiyası, dövlət duması, əməkdaşlıq
Volodin anti-Rusiya siyasətinin Finlandiya üçün ağır nəticələrini təsvir edib
Rusiya Federasiyasından Finlandiyaya turist axını dayanıb, nəticədə oradakı müəssisələr bağlanır, bələdiyyələr boşalır və hətta yoxa çıxmağa başlayırlar.
BAKI, 30 aprel — Sputnik. Finlandiya Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamaq qərarına gəlməklə özünü inkişaf imkanından məhrum edir və bunun sonu finlər üçün yaxşı olmayacaq.
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bu barədə özünün "Telegram" kanalında yazıb.
"Əvvəldən aydın idi ki, bu cür hərəkətlər finlər üçün yaxşı bitməyəcək. Rusiya ilə iqtisadi əməkdaşlıq onların şərq rayonlarına firavanlıq gətirirdi. Lakin Finlandiya rəhbərliyi dəmir pərdəni endirməklə öz vətəndaşlarını cəzalandırdı və ölkəni inkişaf imkanından məhrum etdi", - Volodin qeyd edib.
Dövlət Dumasının spikeri bəyan edib ki, Rusiya Federasiyasından Finlandiyaya turist axını dayanıb, nəticədə oradakı müəssisələr bağlanır, bələdiyyələr boşalır və hətta yoxa çıxmağa başlayırlar.
Volodin, Rusiya ilə sərhədə yaxın yerləşən Finlandiyanın Virolahti bələdiyyəsini misal çəkib. Hakimiyyət hazırda "buraxılış məntəqələrinin bağlanmasından sonra iqtisadi vəziyyətin pisləşməsi səbəbindən həmin əyalətin Hamina şəhəri ilə birləşməsini planlaşdırır. " Onun sözlərinə görə, şəhərin küçələrində təmizlik işləri aparmağa belə pulu yoxdur.
"Onlar iqtisadiyyatı öz əlləri ilə məhv etdilər və hazırda Finlandiya Rusiya ilə həmsərhəd regionların maliyyələşdirilməsi üçün Avropa İttifaqından 10 milyard avro istəyir. Bu, Finlandiyanın NATO-ya daxil olmasının ilk nəticələrindən və nəticədə suverenliyinin itirilməsindən başqa bir şey deyil", - Volodin sözünü yekunlaşdırıb.
Xəbər verdildiyi kimi, Finlandiya siyasətçiləri anti-Rusiya sanksiyaları nəticəsində bütün Şərqi Finlandiyanın iqtisadi böhrana girdiyini rəsmən etiraf ediblər. Helsinkinin sərhəd bələdiyyələrinə kömək etmək üçün pulu yoxdur, ona görə də Finlandiya hakimiyyəti Avropa İttifaqından pul dilənir. Brüssel pul verəcəyini vəd edir, amma çox deyil və yalnız gələn il.
Xatırladaq ki, Finlandiya hökuməti 2022-ci il sentyabrın 30-da Rusiya vətəndaşlarının turizm məqsədi ilə ölkəyə girişinə, habelə Finlandiya ərazisindən digər Aİ ölkələrinə turist tranzitinə məhdudiyyət qoyub.
2023-cü ilin noyabrında isə Finlandiya Dövlət Şurası Rusiya-Finlandiya sərhədindəki 8 sərhəd keçid məntəqəsindən 4-nün tamamilə bağlanması barədə qərar qəbul edib.