https://sputnik.az/20240430/nato-rusiyanin-yaxin-gelecekde-alyansa-hucum-edeceyini-inandirici-hesab-etmir---kv-464278831.html
NATO Rusiyanın yaxın gələcəkdə alyansa "hücum" edəcəyini inandırıcı hesab etmir - KİV
NATO Rusiyanın yaxın gələcəkdə alyansa "hücum" edəcəyini inandırıcı hesab etmir - KİV
Sputnik Azərbaycan
Nəşr qeyd edib ki, NATO daxilində ciddi fikir ayrılığı üzv ölkələrin təhdidlərə baxışındakı fərqliliklə izah olunur. 30.04.2024, Sputnik Azərbaycan
2024-04-30T14:22+0400
2024-04-30T14:22+0400
2024-04-30T15:09+0400
nato
rusiya
rusiya
the wall street journal
qərb
https://cdnn1.img.sputnik.az/img/07e8/03/1d/463575617_0:160:3072:1888_1920x0_80_0_0_10a01e898af37a88c012e9f1ce15a3ca.jpg
BAKI, 30 aprel — Sputnik. NATO planlaşdırıcıları Rusiyanın yaxın gələcəkdə alyansın onunla həmsərhəd olan üzvü olan ölkəyə birbaşa müdaxilə etməsini az inandırıcı hesab edirlər. Bunu ABŞ-ın "Wall Street Journal" nəşri yazır. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, heç kimə hücum etmək niyyətində deyil və NATO-nun özü qarşıdurmaya yönəlib. Nəşr qeyd edib ki, NATO daxilində ciddi fikir ayrılığı üzv ölkələrin təhdidlərə baxışındakı fərqliliklə izah olunur. Qəzet yazır ki, NATO terroru və Rusiyanı əsas təhdidlər kimi göstərir, lakin Türkiyə və Aralıq dənizi boyunca yerləşən digər üzv ölkələrin bir çox rəsmiləri daha çox regional münaqişələr və qeyri-qanuni miqrasiyadan narahatdırlar, nəinki Rusiya Federasiyasından. Son illərdə Rusiya NATO-nun qərb sərhədlərində görünməmiş aktivliyinə diqqət çəkir. Rəsmi Kreml bəyan edir ki, NATO təşəbbüslərini genişləndirir və bunu "Rusiya təcavüzünün qarşısının alınması" adlandırır. Moskva dəfələrlə Avropada İttifaq qüvvələrinin güclənməsindən narahatlığını bildirib. Kreml qeyd edib ki, Rusiya Federasiyası heç kəsi təhdid etmir, lakin onun maraqları üçün potensial təhlükəli hərəkətlərə də səssiz qalmayacaq. Moskva dəfələrlə NATO-nun fəaliyyətinin qarşıdurma məqsədi daşıdığını qeyd edib.Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, blokun daha da genişlənməsi Avropaya daha böyük təhlükəsizlik gətirməyəcək. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Moskva NATO ilə dialoqa açıqdır, lakin Qərb qitənin hərbiləşdirilməsi kursundan əl çəkməlidir. Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində Moskvanın NATO ölkələrinə hücum etmək fikrində olmadığını, bunun heç bir mənası olmadığını ətraflı izah edib. Rusiya lideri qeyd edib ki, Qərb siyasətçiləri diqqəti daxili problemlərdən yayındırmaq üçün mütəmadi olaraq öz əhalisini xəyali Rusiya təhlükəsi ilə qorxudurlar, lakin ağıllı insanlar bunun yalan olduğunu çox yaxşı başa düşürlər.Putin əlavə edib ki, Qərb ölkələri Rusiyanın Ukrayna ilə münaqişədə strateji məğlubiyyətinin qeyri-mümkün olduğunu başa düşməyə başlayıblar, ona görə də Rusiya Federasiyası dialoqa hazır olduğu məqamda, növbəti addımları barədə düşünməlidirlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/1d/463575617_171:0:2902:2048_1920x0_80_0_0_50e58f31ca1f5d5da9f1e19c8a74d886.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nato, rusiya, the wall street journal, qərb
nato, rusiya, the wall street journal, qərb
NATO Rusiyanın yaxın gələcəkdə alyansa "hücum" edəcəyini inandırıcı hesab etmir - KİV
14:22 30.04.2024 (Yenilənib: 15:09 30.04.2024) Nəşr qeyd edib ki, NATO daxilində ciddi fikir ayrılığı üzv ölkələrin təhdidlərə baxışındakı fərqliliklə izah olunur.
BAKI, 30 aprel — Sputnik. NATO planlaşdırıcıları Rusiyanın yaxın gələcəkdə alyansın onunla həmsərhəd olan üzvü olan ölkəyə birbaşa müdaxilə etməsini az inandırıcı hesab edirlər. Bunu ABŞ-ın "Wall Street Journal" nəşri yazır.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, heç kimə hücum etmək niyyətində deyil və NATO-nun özü qarşıdurmaya yönəlib.
"NATO planlaşdırıcıları Rusiyanın yaxın gələcəkdə həmsərhəd üzv ölkəyə birbaşa müdaxiləsini mümkünsüz hesab edirlər" - nəşr yazır.
Nəşr qeyd edib ki, NATO daxilində ciddi fikir ayrılığı üzv ölkələrin təhdidlərə baxışındakı fərqliliklə izah olunur. Qəzet yazır ki, NATO terroru və Rusiyanı əsas təhdidlər kimi göstərir, lakin Türkiyə və Aralıq dənizi boyunca yerləşən digər üzv ölkələrin bir çox rəsmiləri daha çox regional münaqişələr və qeyri-qanuni miqrasiyadan narahatdırlar, nəinki Rusiya Federasiyasından.
Son illərdə Rusiya NATO-nun qərb sərhədlərində görünməmiş aktivliyinə diqqət çəkir. Rəsmi Kreml bəyan edir ki, NATO təşəbbüslərini genişləndirir və bunu "Rusiya təcavüzünün qarşısının alınması" adlandırır. Moskva dəfələrlə Avropada İttifaq qüvvələrinin güclənməsindən narahatlığını bildirib. Kreml qeyd edib ki, Rusiya Federasiyası heç kəsi təhdid etmir, lakin onun maraqları üçün potensial təhlükəli hərəkətlərə də səssiz qalmayacaq. Moskva dəfələrlə NATO-nun fəaliyyətinin qarşıdurma məqsədi daşıdığını qeyd edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, blokun daha da genişlənməsi Avropaya daha böyük təhlükəsizlik gətirməyəcək. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Moskva NATO ilə dialoqa açıqdır, lakin Qərb qitənin hərbiləşdirilməsi kursundan əl çəkməlidir.
Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində Moskvanın NATO ölkələrinə hücum etmək fikrində olmadığını, bunun heç bir mənası olmadığını ətraflı izah edib. Rusiya lideri qeyd edib ki, Qərb siyasətçiləri diqqəti daxili problemlərdən yayındırmaq üçün mütəmadi olaraq öz əhalisini xəyali Rusiya təhlükəsi ilə qorxudurlar, lakin ağıllı insanlar bunun yalan olduğunu çox yaxşı başa düşürlər.
Putin əlavə edib ki, Qərb ölkələri Rusiyanın Ukrayna ilə münaqişədə strateji məğlubiyyətinin qeyri-mümkün olduğunu başa düşməyə başlayıblar, ona görə də Rusiya Federasiyası dialoqa hazır olduğu məqamda, növbəti addımları barədə düşünməlidirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.