https://sputnik.az/20240430/lavrov-tacikistanli-hemkarina-zeng-etdi-bu-tedbirler-muveqqeti-xarakter-dasiyir-464288451.html
Lavrov tacikistanlı həmkarına zəng etdi: bu tədbirlər müvəqqəti xarakter daşıyır
Lavrov tacikistanlı həmkarına zəng etdi: bu tədbirlər müvəqqəti xarakter daşıyır
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri bildirib ki, "Crocus City Hall"da baş verən faciəvi hadisələr Rusiyaya gələn əcnəbi vətəndaşların daha hərtərəfli yoxlanılmasının əsas... 30.04.2024, Sputnik Azərbaycan
2024-04-30T15:29+0400
2024-04-30T15:29+0400
2024-04-30T15:50+0400
rusiya
crocus city hall
rusiya
tacikistan
nazir
əcnəbi
vətəndaş
https://cdnn1.img.sputnik.az/img/07e8/04/13/464037380_0:173:3026:1875_1920x0_80_0_0_3eef746ce6924325cf9fdd7225fd16c0.jpg
BAKI, 30 aprel — Sputnik. Aprelin 30-da Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Tacikistan Respublikasının xarici işlər naziri Sirojiddin Muhriddin arasında telefon danışığı olub. bu barədə Rusiya XİN məlumat yayıb. Xarici işlər orqanlarının rəhbərləri ikitərəfli əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Tacikistan tərəfinə Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq terrorizmin qarşısının alınması üçün Rusiya tərəfindən həyata keçirilən tədbirlər barədə əlavə ətraflı məlumatlar verilib. Rusiya XİN rəhbəri bildirib ki, "Crocus City Hall"da baş verən faciəvi hadisələr Rusiyaya gələn əcnəbi vətəndaşların daha hərtərəfli yoxlanılmasının əsas səbəbidir. Bildirilib ki, həyata keçirilən tədbirlərin müvəqqəti xarakter daşıması, konkret millətə və ya dinə qarşı yönəlməməsi, keçid məntəqələrində vəziyyətin tədricən normallaşması xüsusi vurğulanıb. Tərəflər zamanın sınağından çıxmış Rusiya-Tacikistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin qayğısına qalmaq, onların müsbət dinamikasını qoruyub saxlamaq və gücləndirmək zərurəti barədə yekdil fikir bildiriblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/13/464037380_148:0:2879:2048_1920x0_80_0_0_3be7b2041f2b0f121c04253ba980e9f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
crocus city hall , rusiya, tacikistan, nazir, əcnəbi, vətəndaş
crocus city hall , rusiya, tacikistan, nazir, əcnəbi, vətəndaş
Lavrov tacikistanlı həmkarına zəng etdi: bu tədbirlər müvəqqəti xarakter daşıyır
15:29 30.04.2024 (Yenilənib: 15:50 30.04.2024) Rusiya XİN rəhbəri bildirib ki, "Crocus City Hall"da baş verən faciəvi hadisələr Rusiyaya gələn əcnəbi vətəndaşların daha hərtərəfli yoxlanılmasının əsas səbəbidir.
BAKI, 30 aprel — Sputnik. Aprelin 30-da Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Tacikistan Respublikasının xarici işlər naziri Sirojiddin Muhriddin arasında telefon danışığı olub. bu barədə Rusiya XİN məlumat yayıb.
Xarici işlər orqanlarının rəhbərləri ikitərəfli əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Tacikistan tərəfinə Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq terrorizmin qarşısının alınması üçün Rusiya tərəfindən həyata keçirilən tədbirlər barədə əlavə ətraflı məlumatlar verilib.
Rusiya XİN rəhbəri bildirib ki, "Crocus City Hall"da baş verən faciəvi hadisələr Rusiyaya gələn əcnəbi vətəndaşların daha hərtərəfli yoxlanılmasının əsas səbəbidir.
Bildirilib ki, həyata keçirilən tədbirlərin müvəqqəti xarakter daşıması, konkret millətə və ya dinə qarşı yönəlməməsi, keçid məntəqələrində vəziyyətin tədricən normallaşması xüsusi vurğulanıb.
Tərəflər zamanın sınağından çıxmış Rusiya-Tacikistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin qayğısına qalmaq, onların müsbət dinamikasını qoruyub saxlamaq və gücləndirmək zərurəti barədə yekdil fikir bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.