Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ölkədən qaçan ukraynalılar geri qayıtmaq və USQ-ə qoşulmaq istəmirlər

© AP Photo / Markus SchreiberUkraynalı qaçqınlar
Ukraynalı qaçqınlar - Sputnik Azərbaycan, 1920, 29.04.2024
Abunə olmaq
Ukrayna vətəndaşları vətənləri üçün canlarını vermək niyyətində deyillər, ona görə də onlar hesab edirlər ki, səfərbərlik haqqında yeni qanun onların hüquqlarını ciddi şəkildə pozur.
BAKI, 29 aprel — Sputnik. Qərb ölkələrinə qaçan ukraynalılar geri qayıtmaq və Ukrayna Silahlı Qüvvələrinin sıralarında vətənləri üçün canlarından keçmək istəmirlər.
Bu barədə "The Telegraph" qəzeti yazıb.
"İnsanlar geri qayıtmayacaq. Münaqişə nə qədər uzun sürsə, bir o qədər çox belə qanunlar qəbul edilərsə, insanlar Ukraynaya və onun hökumətinə nifrət etməyə başlayacaqlar. Niyə qayıtmalıyam? Nə üçün?", — nəşr Avropada yaşayan ukraynalıdan sitat gətirir.
Qəzetin yazdığına görə, Ukrayna vətəndaşları vətənləri üçün canlarını vermək niyyətində deyillər, ona görə də onlar hesab edirlər ki, səfərbərlik haqqında yeni qanun onların hüquqlarını ciddi şəkildə pozur.
Bundan əvvəl iki ukraynalının səfərbərlikdən Rumıniyaya qaçmaq istəyərkən Tisa çayında boğularaq öldüyü bildirilib.
Xəbər lenti
0