https://sputnik.az/20240429/anama-118-835-eded-mina-ve-diger-partlayici-qaliqlar-zerersizlesdirilib-464215113.html
Ötən həftə azad edilmiş ərazilərdə 159 mina aşkarlanıb
Ötən həftə azad edilmiş ərazilərdə 159 mina aşkarlanıb
Sputnik Azərbaycan
Həmçinin, 1245 hektar ərazi minalardan təmizlənib. 29.04.2024, Sputnik Azərbaycan
2024-04-29T15:48+0400
2024-04-29T15:48+0400
2024-04-29T16:44+0400
anama
anama
qarabağ
işğaldan azad edilmiş ərazilər
mina
mina
mina
partlayıcı qurğu
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426348319_0:320:3073:2048_1920x0_80_0_0_46cedbec164659274c103611a336ab0e.jpg
BAKI, 29 aprel - Sputnik. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.Məlumata əsasən azad olunan ərazilərdə 22-28 aprel 2024-cü il tarixi ərzində 100 tank əleyhinə mina, 59 piyada əleyhinə mina, 380 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.Həmçinin, 1245 hektar ərazi minalardan təmizlənib.Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib. 29.04.24Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun Ağdam rayonuna səfəri baş tutub. Səfərdə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.Bu barədə ANAMA-dan bildirilib.Qeyd edilib ki, İşçi qrup üzvləri Ağdam rayonunda minatəmizləmə əməliyyatlarına cəlb olunan Fövqəladə Hallar Nazirliyinin, qadınlardan ibarət minatəmizləmə qruplarının və yerli minatəmizləmə şirkətinin fəaliyyəti ilə tanış olublar. İşçi qrup üzvləri icra edilən layihələrin gedişatını, o cümlədən aşkar olunan mina və partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.Səfər çərçivəsində Ağdam rayonunda İşçi qrupun növbəti iclası keçirilib.Agentliyin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov iclasda açılış nitqi ilə çıxış edərək hökumət tərəfindən təsdiq edilmiş illik tədbirlər planına əsasən icra edilən humanitar minatəmizləmə əməliyyatlarının gedişatı barədə məlumat verib. O bildirib ki, əsasən yaşayış məntəqələrinin bərpası, nəqliyyat, energetika infrastrukturları, eləcə də kənd təsərrüfatı sahələri və digər prioritet istiqamətlərdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində 133,373 hektar ərazi təmizlənib, 118 835 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib.İclasda, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyinə cəlb olunmuş qurumlar tərəfindən icra edilən fəaliyyət üzrə hesabatlar dinlənilib, cari məsələlər müzakirə olunub, habelə mina təhlükəsi ilə mübarizə istiqamətində maarifləndirmə məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Cari və növbəti illərdə işğaldan azad edilmiş ərazilərə daha çox sayda keçmiş məcburi köçkünlərin geri qayıdışını nəzərə alaraq maarifləndirmə işlərinin və müvafiq qurumlarla bu istiqamətdə birgə fəaliyyətin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən işçi qrupun iclaslarının ərazilərdə keçirilməsi Böyük Qayıdış proqramının əsas prioritetlərindən biri olan minatəmizləmə prosesinin dinamikliyi və bu prosesə cəlb olunan qurumların icra etdiyi minatəmizləmə əməliyyatları ilə yerlərdə yaxından tanış olmaq imkanı verir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426348319_0:0:2731:2048_1920x0_80_0_0_8d3d046de3d36d61207385f3572df108.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
anama, anama, işğaldan azad edilmiş ərazilər, mina, mina, mina, partlayıcı qurğu
anama, anama, işğaldan azad edilmiş ərazilər, mina, mina, mina, partlayıcı qurğu
Ötən həftə azad edilmiş ərazilərdə 159 mina aşkarlanıb
15:48 29.04.2024 (Yenilənib: 16:44 29.04.2024) Həmçinin, 1245 hektar ərazi minalardan təmizlənib.
BAKI, 29 aprel - Sputnik. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Məlumata əsasən azad olunan ərazilərdə 22-28 aprel 2024-cü il tarixi ərzində 100 tank əleyhinə mina, 59 piyada əleyhinə mina, 380 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin, 1245 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun Ağdam rayonuna səfəri baş tutub. Səfərdə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Bu barədə ANAMA-dan bildirilib.
Qeyd edilib ki, İşçi qrup üzvləri Ağdam rayonunda minatəmizləmə əməliyyatlarına cəlb olunan Fövqəladə Hallar Nazirliyinin, qadınlardan ibarət minatəmizləmə qruplarının və yerli minatəmizləmə şirkətinin fəaliyyəti ilə tanış olublar. İşçi qrup üzvləri icra edilən layihələrin gedişatını, o cümlədən aşkar olunan mina və partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.
Səfər çərçivəsində Ağdam rayonunda İşçi qrupun növbəti iclası keçirilib.
Agentliyin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov iclasda açılış nitqi ilə çıxış edərək hökumət tərəfindən təsdiq edilmiş illik tədbirlər planına əsasən icra edilən humanitar minatəmizləmə əməliyyatlarının gedişatı barədə məlumat verib. O bildirib ki, əsasən yaşayış məntəqələrinin bərpası, nəqliyyat, energetika infrastrukturları, eləcə də kənd təsərrüfatı sahələri və digər prioritet istiqamətlərdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində 133,373 hektar ərazi təmizlənib, 118 835 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib.
İclasda, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyinə cəlb olunmuş qurumlar tərəfindən icra edilən fəaliyyət üzrə hesabatlar dinlənilib, cari məsələlər müzakirə olunub, habelə mina təhlükəsi ilə mübarizə istiqamətində maarifləndirmə məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Cari və növbəti illərdə işğaldan azad edilmiş ərazilərə daha çox sayda keçmiş məcburi köçkünlərin geri qayıdışını nəzərə alaraq maarifləndirmə işlərinin və müvafiq qurumlarla bu istiqamətdə birgə fəaliyyətin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən işçi qrupun iclaslarının ərazilərdə keçirilməsi Böyük Qayıdış proqramının əsas prioritetlərindən biri olan minatəmizləmə prosesinin dinamikliyi və bu prosesə cəlb olunan qurumların icra etdiyi minatəmizləmə əməliyyatları ilə yerlərdə yaxından tanış olmaq imkanı verir.