Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib

© AFP 2024 / ALEXANDER NEMENOVKremlə mənzərə
Kremlə mənzərə - Sputnik Azərbaycan, 1920, 28.04.2024
Abunə olmaq
Polşa prezidenti Anjey Duda "Fakt" nəşrinə müsahibəsində hakimiyyətin ölkə ərazisində ABŞ-ın nüvə silahlarını yerləşdirməyə hazır olduğunu söyləyib.
BAKI, 28 aprel — Sputnik. Kreml Polşanın öz ərazisində nüvə silahı yerləşdirməyə hazır olduğunu açıqlamasına münasibət bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşanın həmişə arabadan öndə olmağa çalışdığını söyləyib.
"Mənə elə gəlir ki, hətta bu bəyanatlar ABŞ-də və bir sıra digər Avropa paytaxtlarında qorxuya səbəb olub, çünki onlar belə planlarının olmadığını söyləməyə tələsiblər" - deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Polşa prezidenti Anjey Duda "Fakt" nəşrinə müsahibəsində hakimiyyətin ölkə ərazisində ABŞ-ın nüvə silahlarını yerləşdirməyə hazır olduğunu söyləyib.
27.04.24
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Polşada ABŞ-ın nüvə silahlarının yerləşdirilməsinin mümkünlüyü ilə bağlı mülahizələri təhlükəli oyun adlandırıb.
Bu barədə Rusiya mediası nazir müavinin sözlərinə istinadən xəbər verib.
O, bunun gərginliyi daha da artırmaq cəhdi olduğunu bildirib və nəticələrinin gözlənilməz ola biləcəyini də vurğulayıb.
"Vəziyyət dərin narahatlıq doğurur. Artıq Avro-Atlantik ölkələrində Vaşinqton və NATO ölkələrinin təhrik etdiyi ağır böhran hökm sürür", - Ryabkov bildirib.
Bəyanat mətbuat konfransında səsləndirilib. Nazir müavini Rusiyanın Varşavada ABŞ nüvə silahlarının yerləşdirilməsi ehtimalı ilə bağlı mülahizələrə olan münasibətinə dair suala cavab verib.
"Əgər onlar nüvə silahı ilə bağlı indiyə qədər oynadıqları bu şifahi oyunlarla eskalasiya yolu ilə getsələr, onda gərginliyin növbəti mərhələsi baş verəcək. Ümumiyyətlə, bu oyun çox təhlükəlidir, onun nəticələrini proqnozlaşdırmaq belə çətin ola bilər".
Bu yaxınlarda Ryabkov vurğulayıb ki, Şimali Atlantika Alyansının nüvə obyektləri Polşada yerləşdiriləcəyi təqdirdə Rusiya üçün hərbi hədəf olacaq.
Xəbər lenti
0