Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Cəbhədə vəziyyət ağırdır, Rusiyanın hücumları uğurla nəticələnir - USQ-nin baş komandanı

© AFP 2024Ukrayna Prezidenti XHƏ zonasında
Ukrayna Prezidenti XHƏ zonasında - Sputnik Azərbaycan, 1920, 28.04.2024
Abunə olmaq
Oleksandr Sırski bildirib ki, Xarkov istiqamətində Rusiya hərbçilərinin sayının artmasını və yenidən qruplaşmasını müşahidə edirlər.
BAKI, 28 aprel — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski cəbhədəki vəziyyətin kəskinləşdiyini, Rusiyanın fəal şəkildə bütün cəbhə boyu hücum etdiyini və bəzi istiqamətlərdə taktiki uğur qazandığını etiraf edib.
Bunu general-polkovnik özünün Telegramdakı hesabında yazıb.
“Cəbhədə vəziyyət kəskinləşib. Strateji təşəbbüsü ələ keçirməyə və cəbhə xəttini yarıb keçməyə çalışan düşmən qüvvə və vasitələrdə mühüm üstünlük yaradaraq əsas səylərini bir neçə istiqamətdə cəmləşdirib. Bütün cəbhə xətti boyunca aktiv hücumlar edir, bəzi istiqamətlərdə taktiki uğurları var” – o vurğulayıb.
Baş komandan əlavə edib ki, ayrı-ayrı mövqelər gün ərzində bir neçə dəfə “əldən-ələ” dəyişir və bu, “vəziyyətin birmənalı başa düşülməməsinə” səbəb olur.
Eyni zamanda, o, Xarkov istiqamətində Rusiya hərbçilərinin sayının artmasını və yenidən qruplaşmasını müşahidə etdiklərinə diqqət çəkib:
“Ən təhlükəli istiqamətlərdə qoşunlarımız artilleriya və tank bölmələri ilə gücləndirilir”.
Xatırladaq ki, daha əvvəl Pentaqonun sözçüsü Patrik Rayder ABŞ-nin Ukraynaya ehtiyacı olan əsas silah-sursatın Kiyevə tədarükünə başlandığını açıqlamışdı.
22.04.24, 19:04
ABŞ-ın Ukrayna ordusuna yardımı vəziyyəti dəyişməyəcək
Rusiya Silahlı Qüvvələri (RSQ) xüsusi hərbi əməliyyat (XHƏ) zamanı mövqelərini yaxşılaşdırır. Vaşinqtonun Ukrayna ordusuna yardımı isə vəziyyəti dəyişməyəcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Konqresinin Nümayəndələr Palatasının bu yaxınlarda qəbul etdiyi qərarı şərh edərkən qeyd edib.
"Prinsipial olaraq bu, döyüş meydanındakı vəziyyəti dəyişdirməyəcək. Xüsusi hərbi əməliyyatda iştirak edən Rusiya silahlı qüvvələri öz mövqelərini yaxşılaşdırır" - Kremlin nümayəndəsi bildirib.
Rusiya liderinin mətbuat katibi qeyd edib ki, Vaşinqtonun ayırdığı vəsait "ukraynalılar arasında yeni qurbanlara səbəb olacaq".
Peskov söyləyib ki, Kiyevə yardımın davam etdirilməsi ABŞ-ı daha da zənginləşdirəcək, lakin Ukraynanı məhv edəcək.
ABŞ Silahlı Qüvvələrinin istefada olan polkovniki Daniel Devis Konqresin Nümayəndələr Palatası tərəfindən təsdiqlənmiş Vaşinqtonun Kiyevə yeni yardım paketini bu yaxınlarda şərh edib. Hərbçinin fikrincə, bu cür dəstək münaqişənin gedişatını heç bir şəkildə dəyişməyəcək.
Xəbər lenti
0