https://sputnik.az/20240427/peskov-avropa-ile-munasibetleri-yaxsilasdirmaq-lazimdir-amma-yeni-temellerle-464213458.html
Peskov: Avropa ilə münasibətləri yaxşılaşdırmaq lazımdır, amma yeni təməllərlə
Peskov: Avropa ilə münasibətləri yaxşılaşdırmaq lazımdır, amma yeni təməllərlə
Sputnik Azərbaycan
Kreml əmindir ki, nə Moskva, nə də Avropa əvvəlki kimi münasibətlər qurmaq istəməyəcək. Rusiya indiki böyük təcrübəni nəzərə alacaq. 27.04.2024, Sputnik Azərbaycan
2024-04-27T09:30+0400
2024-04-27T09:30+0400
2024-04-27T09:30+0400
peskov
rusiya
dmitri peskov
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
kreml
kreml
kreml
moskva
avropa
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0d/459588499_0:0:3077:1731_1920x0_80_0_0_34a9e768678cda5f7207dd728304e56f.jpg
BAKI, 27 aprel — Sputnik. Xüsusi əməliyyat başa çatdıqdan sonra Rusiya və Avropa necə yaşamağa davam edəcəklərini razılaşdırmalıdırlar, lakin münasibətlər yeni təməllər üzərində qurulacaq. Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Fransa Prezidenti Emmanuel Makronun Rusiya Federasiyası ilə münasibətləri yaxşılaşdırmağa hazırlaşmağa çağırışını şərh edərkən deyib. Xatırladaq ki, Makron bir gün əvvəl demişdi ki, Avropanın etibar edə biləcəyi Avropa təhlükəsizlik sistemini qurmaq lazımdır. O, Aİ ölkələrini Ukraynadakı münaqişə bitdikdən sonra Rusiya ilə münasibətlər qurmağa hazırlaşmağa çağırıb. "Təhlükəsizlik sistemimiz Ukraynadakı münaqişə bitdikdən sonra Rusiya ilə qonşuluq münasibətləri qurmağa kömək edəcək", - Fransa lideri qeyd edib. Peskov hesab edir ki, münasibətlər bu və ya digər şəkildə qurulmalı olacaq, çünki XHƏ gec-tez bitəcək. "Rusiya Avropadan heç kimə təhlükə yaratmayan bir ölkə kimi gözləyir ki, Avropada da heç kim Rusiya Federasiyasına təhlükə yaratmasın. Nə olur-olsun, necə yaşayacağımızı razılaşdırmaq məcburiyyətində qalacağıq. Bu, münasibətlərin yeni modalitetləri haqqında razılaşmalar olacaq" - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi vurğulayıb. Kreml əmindir ki, nə Moskva, nə də Avropa əvvəlki kimi münasibətlər qurmaq istəməyəcək. Rusiya indiki böyük təcrübəni nəzərə alacaq. "Lakin coğrafi baxımdan biz bir-birimizdən uzaqlaşmayacağıq, ona görə də münasibətlər yeni təməllər üzərində qurulmalı olacaq", - Peskov sözünü yekunlaşdırıb. Bundan əvvəl Fransa lideri Emmanuel Makron bildirib ki, yaxın gələcəkdə Avropa zəifləmə və hətta ölümlə üzləşə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0d/459588499_346:0:3077:2048_1920x0_80_0_0_7a01c1f7f08ab4e1e2c9781aed93c5ec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
peskov, dmitri peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, kreml, kreml, kreml, moskva, avropa
peskov, dmitri peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, kreml, kreml, kreml, moskva, avropa
Peskov: Avropa ilə münasibətləri yaxşılaşdırmaq lazımdır, amma yeni təməllərlə
Kreml əmindir ki, nə Moskva, nə də Avropa əvvəlki kimi münasibətlər qurmaq istəməyəcək. Rusiya indiki böyük təcrübəni nəzərə alacaq.
BAKI, 27 aprel — Sputnik. Xüsusi əməliyyat başa çatdıqdan sonra Rusiya və Avropa necə yaşamağa davam edəcəklərini razılaşdırmalıdırlar, lakin münasibətlər yeni təməllər üzərində qurulacaq.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Fransa Prezidenti Emmanuel Makronun Rusiya Federasiyası ilə münasibətləri yaxşılaşdırmağa hazırlaşmağa çağırışını şərh edərkən deyib.
Xatırladaq ki, Makron bir gün əvvəl demişdi ki, Avropanın etibar edə biləcəyi Avropa təhlükəsizlik sistemini qurmaq lazımdır. O, Aİ ölkələrini Ukraynadakı münaqişə bitdikdən sonra Rusiya ilə münasibətlər qurmağa hazırlaşmağa çağırıb.
"Təhlükəsizlik sistemimiz Ukraynadakı münaqişə bitdikdən sonra Rusiya ilə qonşuluq münasibətləri qurmağa kömək edəcək", - Fransa lideri qeyd edib.
Peskov hesab edir ki, münasibətlər bu və ya digər şəkildə qurulmalı olacaq, çünki XHƏ gec-tez bitəcək.
"Rusiya Avropadan heç kimə təhlükə yaratmayan bir ölkə kimi gözləyir ki, Avropada da heç kim Rusiya Federasiyasına təhlükə yaratmasın. Nə olur-olsun, necə yaşayacağımızı razılaşdırmaq məcburiyyətində qalacağıq. Bu, münasibətlərin yeni modalitetləri haqqında razılaşmalar olacaq" - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi vurğulayıb.
Kreml əmindir ki, nə Moskva, nə də Avropa əvvəlki kimi münasibətlər qurmaq istəməyəcək. Rusiya indiki böyük təcrübəni nəzərə alacaq.
"Lakin coğrafi baxımdan biz bir-birimizdən uzaqlaşmayacağıq, ona görə də münasibətlər yeni təməllər üzərində qurulmalı olacaq", - Peskov sözünü yekunlaşdırıb.
Bundan əvvəl Fransa lideri Emmanuel Makron bildirib ki, yaxın gələcəkdə Avropa zəifləmə və hətta ölümlə üzləşə bilər.