Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya kosmosda istənilən silahı qadağan etmək istəyir

© Sputnik / Сергей ГунеевRusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya - Sputnik Azərbaycan, 1920, 26.04.2024
Abunə olmaq
Vasili Nebenzya deyib ki, Rusiya tərəfi kosmosda bütün növ silahların yerləşdirilməsinə hərtərəfli qadağanı ehtiva edən saziş imzalaya bilər.
BAKI, 26 aprel — Sputnik. Rusiya Federasiyası kosmosda təkcə kütləvi qırğın silahlarının deyil, istənilən silahın yerləşdirilməsinin qadağan edilməsini istəyir.
Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
O, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında bəyanat verib.
"Biz təkcə kütləvi qırğın silahlarına deyil, kosmosda bütün silahlara qadağa qoyulmasını istəyirik" - o, ABŞ-nin Daimi Nümayəndəsinə müraciətində bildirib.
"Siz isə bunu istəmirsiniz. Mən sizə bir sual verəcəyəm: niyə?" - Nebenzya əlavə edib.
O vurğulayıb ki, Rusiya tərəfi kosmosda bütün növ silahların yerləşdirilməsinə hərtərəfli qadağanı ehtiva edən saziş imzalaya bilər.
"Moskva bunu hətta sabah da etməyə hazırdır, lakin Amerika tərəfi kosmosun hərbiləşdirilməsindən əl çəkməyəcək" - deyən Nebenzya, həmçinin qeyd edib ki, Amerika Birləşmiş Ştatları təşkilatın Təhlükəsizlik Şurasında kosmosda nüvə silahının yerləşdirilməməsinə dair qətnamə layihəsi ilə Rusiya Federasiyasını ləkələməyə çalışıb.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Rusiya Federasiyasının ABŞ-Yaponiya qətnamə layihəsinə düzəlişini qəbul etməyib. Rusiya bu layihəyə blok qoyub.
Xəbər lenti
0