https://sputnik.az/20240425/peskov-rusiya-xhe-zamani-oz-meqsedine-nail-olacaq-464169921.html
Peskov: Rusiya XHƏ zamanı öz məqsədinə nail olacaq
Peskov: Rusiya XHƏ zamanı öz məqsədinə nail olacaq
Sputnik Azərbaycan
Rusiya liderinin mətbuat katibi söyləyib ki, XHƏ zonasında vəziyyət aydın və birmənalıdır. 25.04.2024, Sputnik Azərbaycan
2024-04-25T20:43+0400
2024-04-25T20:43+0400
2024-04-25T20:43+0400
dmitri peskov
rusiya
ukrayna
xüsusi hərbi əməliyyat
müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442997423_0:0:3072:1728_1920x0_80_0_0_413ae1b5ffc626ad3bb12d40a41ad3d9.jpg
BAKI, 25 aprel — Sputnik. ABŞ istehsalı olan "ATACMS" operativ-taktiki raketlərinin Ukraynaya tədarükü xüsusi hərbi əməliyyatın (XHƏ) gedişatına təsir etməyəcək, Rusiya yenə də öz məqsədinə çatacaq. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Biz məqsədimizə nail olacağıq, lakin bu, Ukraynanın özünə daha çox problem gətirəcək" - Peskov bildirib. Bu yaxınlarda o, xüsusi hərbi əməliyyat zonasında vəziyyətin aydın və birmənalı olduğunu vurğulayıb. Rusiya liderinin mətbuat katibi əlavə edib ki, Ukraynaya yeni silah partiyasının göndərilməsi cəbhədəki dinamikanı dəyişməyəcək. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata (XHƏ) başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442997423_341:0:3072:2048_1920x0_80_0_0_cc2714f719b549631752c08cb82c3f02.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dmitri peskov, ukrayna, xüsusi hərbi əməliyyat, müdafiə nazirliyi
dmitri peskov, ukrayna, xüsusi hərbi əməliyyat, müdafiə nazirliyi
Peskov: Rusiya XHƏ zamanı öz məqsədinə nail olacaq
Rusiya liderinin mətbuat katibi söyləyib ki, XHƏ zonasında vəziyyət aydın və birmənalıdır.
BAKI, 25 aprel — Sputnik. ABŞ istehsalı olan "ATACMS" operativ-taktiki raketlərinin Ukraynaya tədarükü xüsusi hərbi əməliyyatın (XHƏ) gedişatına təsir etməyəcək, Rusiya yenə də öz məqsədinə çatacaq.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz məqsədimizə nail olacağıq, lakin bu, Ukraynanın özünə daha çox problem gətirəcək" - Peskov bildirib.
Bu yaxınlarda o, xüsusi hərbi əməliyyat zonasında vəziyyətin aydın və birmənalı olduğunu vurğulayıb.
Rusiya liderinin mətbuat katibi əlavə edib ki, Ukraynaya yeni silah partiyasının göndərilməsi cəbhədəki dinamikanı dəyişməyəcək.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata (XHƏ) başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.