Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Ukraynada “təmiz zona” yaradılması ilə bağlı mövqeyini dəyişmir - Peskov

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 24.04.2024
Abunə olmaq
Kreml nümayəndəsi əlavə edib ki, Ukraynaya verilən uzaqmənzilli raket silahları və onların cəmləşdiyi yerlərə mümkün hücumlarla mübarizə məsələsi daha ​​çox silahlı qüvvələrin səlahiyyətindədir.
BAKI, 24 aprel — Sputnik. Rusiya Prezident Vladimir Putinin səsləndirdiyi uzun mənzilli raketlərdən qorunmaq üçün Ukraynada "təmiz zona" yaradılması konsepsiyasına sadiqdir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
"Bununla bağlı heç nə dəyişməyib" - o, müvafiq suala cavabında deyib.
Kreml nümayəndəsi əlavə edib ki, Ukraynaya verilən uzaqmənzilli raket silahları və onların cəmləşdiyi yerlərə mümkün hücumlarla mübarizə məsələsi daha ​​çox silahlı qüvvələrin səlahiyyətindədir.

"Bizim bu məsələ ilə bağlı nəsə demək səlahiyyətimiz yoxdur" – Peskov bildirib.

Bundan əvvəl CNN telekanalı ABŞ Konqresindəki mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ-ın Ukraynaya yeni yardım paketinə 290 km mənzilli ATACMS raketləri daxildir. Əvvəllər Vaşinqton Moskva ilə birbaşa münaqişəyə cəlb olunacağından ehtiyat edərək, Kiyevə göndərilən raketlərin uçuş məsafəsini 160 km-ə qədər məhdudlaşdırmışdı ki, Rusiya ərazisində istifadə edə bilməsin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0