https://sputnik.az/20240424/ozbekistanda-rusiya-raziliga-gelibler-464139094.html
Özbəkistanda Rusiya razılığa gəliblər
Özbəkistanda Rusiya razılığa gəliblər
Sputnik Azərbaycan
Görüşün nəticəsində tərəflər arasında yükdaşımaların inkişafı üzrə konkret planların həyata keçirilməsini nəzərdə tutan yol xəritəsi imzalanıb. 24.04.2024, Sputnik Azərbaycan
2024-04-24T22:35+0400
2024-04-24T22:35+0400
2024-04-24T22:35+0400
özbəkistan
rusiya
şanxay əməkdaşlıq təşkilatı
rusiya
əfqanıstan
pakistan
qazaxıstan
https://cdnn1.img.sputnik.az/img/42411/95/424119560_0:28:1920:1108_1920x0_80_0_0_e2529e04c405eddff36f1d65d78f23f1.jpg
BAKI, 24 aprel — Sputnik. Özbəkistanın Termez şəhərində Rusiyanın iştirakı ilə yeni nəqliyyat dəhlizi üzrə Əfqanıstan ərazisindən yükdaşımaların inkişafı üzrə yol xəritəsi imzalanıb. 2023-cü ilin noyabrında Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin birinci nəqliyyat forumu çərçivəsində "Belarus-Rusiya-Qazaxıstan-Özbəkistan-Əfqanıstan-Pakistan" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması və inkişafına dair memorandum imzalanıb. Sənədi Rusiya, Qazaxıstan və Özbəkistanın nəqliyyat nazirlikləri imzalayıb. Məlumata görə, bu multimodal nəqliyyat dəhlizinin inkişafı üzrə işçi qrupunun ilk iclası Termizdə keçirilib. Rusiya tərəfdən görüşdə Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Dmitri Zverev iştirak edib. "Görüşün nəticəsində tərəflər arasında yükdaşımaların inkişafı üzrə konkret planların həyata keçirilməsini nəzərdə tutan yol xəritəsi imzalanıb", - nazirliyin Telegram kanalında yerləşdirilən məlumatda deyilir. Xüsusilə, yüklərin təhlilinin aparılması, yüklərin elektron rəqəmsal sənədlərinin tətbiqi, daşıma proseslərinin sadələşdirilməsi yolu ilə Özbəkistan-Əfqanıstan-Pakistan marşrutu üzrə tranzit yük daşımalarının artırılması nəzərdə tutulur. Nəqliyyat Nazirliyinin məlumatına görə, son illər Özbəkistan ərazisindən Əfqanıstan və Pakistana tranzit yüklərin həcmi 30 faizdən çox artaraq, təxminən 1 milyon tona çatıb. Bu il milyon həddini aşmaq planlaşdırılır. Özbəkistan tərəfinin fikrincə, bu beynəlxalq multimodal nəqliyyat dəhlizi MDB ölkələrini Cənubi Asiya vasitəsilə Hind okeanı hövzəsi ölkələri ilə birləşdirən strateji əhəmiyyətli həlqədir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42411/95/424119560_138:0:1843:1279_1920x0_80_0_0_5b0b1a018ac36e82aeeaf6d762758843.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
özbəkistan, şanxay əməkdaşlıq təşkilatı, rusiya, əfqanıstan, pakistan, qazaxıstan
özbəkistan, şanxay əməkdaşlıq təşkilatı, rusiya, əfqanıstan, pakistan, qazaxıstan
Özbəkistanda Rusiya razılığa gəliblər
Görüşün nəticəsində tərəflər arasında yükdaşımaların inkişafı üzrə konkret planların həyata keçirilməsini nəzərdə tutan yol xəritəsi imzalanıb.
BAKI, 24 aprel — Sputnik. Özbəkistanın Termez şəhərində Rusiyanın iştirakı ilə yeni nəqliyyat dəhlizi üzrə Əfqanıstan ərazisindən yükdaşımaların inkişafı üzrə yol xəritəsi imzalanıb.
2023-cü ilin noyabrında Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin birinci nəqliyyat forumu çərçivəsində "Belarus-Rusiya-Qazaxıstan-Özbəkistan-Əfqanıstan-Pakistan" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması və inkişafına dair memorandum imzalanıb. Sənədi Rusiya, Qazaxıstan və Özbəkistanın nəqliyyat nazirlikləri imzalayıb.
Məlumata görə, bu multimodal nəqliyyat dəhlizinin inkişafı üzrə işçi qrupunun ilk iclası Termizdə keçirilib. Rusiya tərəfdən görüşdə Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Dmitri Zverev iştirak edib.
"Görüşün nəticəsində tərəflər arasında yükdaşımaların inkişafı üzrə konkret planların həyata keçirilməsini nəzərdə tutan yol xəritəsi imzalanıb", - nazirliyin Telegram kanalında yerləşdirilən məlumatda deyilir. Xüsusilə, yüklərin təhlilinin aparılması, yüklərin elektron rəqəmsal sənədlərinin tətbiqi, daşıma proseslərinin sadələşdirilməsi yolu ilə Özbəkistan-Əfqanıstan-Pakistan marşrutu üzrə tranzit yük daşımalarının artırılması nəzərdə tutulur.
Nəqliyyat Nazirliyinin məlumatına görə, son illər Özbəkistan ərazisindən Əfqanıstan və Pakistana tranzit yüklərin həcmi 30 faizdən çox artaraq, təxminən 1 milyon tona çatıb. Bu il milyon həddini aşmaq planlaşdırılır.
Özbəkistan tərəfinin fikrincə, bu beynəlxalq multimodal nəqliyyat dəhlizi MDB ölkələrini Cənubi Asiya vasitəsilə Hind okeanı hövzəsi ölkələri ilə birləşdirən strateji əhəmiyyətli həlqədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.