https://sputnik.az/20240424/nato-nun-rusiya-serhedleri-yaxinliginda-manevrleri-mumkun-herbi-insident-riskini-artirir-464129456.html
NATO-nun Rusiya sərhədləri yaxınlığında manevrləri mümkün hərbi insident riskini artırır
NATO-nun Rusiya sərhədləri yaxınlığında manevrləri mümkün hərbi insident riskini artırır
Sputnik Azərbaycan
NATO təlimlərinin aprelin 26-da Finlandiyada, Rusiya-Finlandiya sərhədinə yaxın ərazidə başlaması planlaşdırılır. 24.04.2024, Sputnik Azərbaycan
2024-04-24T11:31+0400
2024-04-24T11:31+0400
2024-04-24T11:46+0400
nato
rusiya
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
təhlükəsizlik
finlandiya
https://cdnn1.img.sputnik.az/img/42420/47/424204706_0:0:3071:1728_1920x0_80_0_0_936a9cacebed7bd0dafd2a9ccfb70c8d.jpg
BAKI, 24 aprel — Sputnik. Rusiya Federasiyasının sərhədləri yaxınlığında NATO-nun manevrləri mümkün hərbi insidentlərin riskini artırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "RİA Novosti"yə bildirib. NATO təlimlərinin aprelin 26-da Finlandiyada, Rusiya-Finlandiya sərhədinə yaxın ərazidə başlaması planlaşdırılır. Onun sözlərinə görə, Rusiya öz növbəsində "kollektiv Qərbin təcavüzkar hərəkətlərini" diqqətlə izləyir. "Şübhəsiz ki, ölkəmizin müdafiə qabiliyyətinə təhdidlərin qarşısını almaq üçün bütün zəruri siyasi və hərbi-texniki tədbirlər görüləcək" - Zaxarova sözünü yekunlaşdırıb. Bundan əvvəl İsveçin Şimali Atlantika Alyansına daxil olmasının qərb və şimal-qərb strateji istiqamətlərində hərbi-siyasi gərginliyi artırdığı bildirilirdi. Rusiya Federasiyasının sərhədləri yaxınlığında NATO hərbi qrupunun sayı 33 min nəfərə qədərdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42420/47/424204706_0:0:2729:2047_1920x0_80_0_0_afb8d243bbc1e27a515b9a0ca6ac744e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nato, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, təhlükəsizlik, finlandiya
nato, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, təhlükəsizlik, finlandiya
NATO-nun Rusiya sərhədləri yaxınlığında manevrləri mümkün hərbi insident riskini artırır
11:31 24.04.2024 (Yenilənib: 11:46 24.04.2024) NATO təlimlərinin aprelin 26-da Finlandiyada, Rusiya-Finlandiya sərhədinə yaxın ərazidə başlaması planlaşdırılır.
BAKI, 24 aprel — Sputnik. Rusiya Federasiyasının sərhədləri yaxınlığında NATO-nun manevrləri mümkün hərbi insidentlərin riskini artırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "RİA Novosti"yə bildirib.
NATO təlimlərinin aprelin 26-da Finlandiyada, Rusiya-Finlandiya sərhədinə yaxın ərazidə başlaması planlaşdırılır.
"Alyans sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı müzakirələrin nüfuzlu iştirakçısı olan bir vaxtlar neytral dövlətin praktiki hərbi mənimsənilməsini davam etdirir. Rusiyanın sərhədlərində qeyd olunan manevrlər mümkün hərbi hadisələrin riskini artırır" - Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya öz növbəsində "kollektiv Qərbin təcavüzkar hərəkətlərini" diqqətlə izləyir.
"Şübhəsiz ki, ölkəmizin müdafiə qabiliyyətinə təhdidlərin qarşısını almaq üçün bütün zəruri siyasi və hərbi-texniki tədbirlər görüləcək" - Zaxarova sözünü yekunlaşdırıb.
Bundan əvvəl İsveçin Şimali Atlantika Alyansına daxil olmasının qərb və şimal-qərb strateji istiqamətlərində hərbi-siyasi gərginliyi artırdığı bildirilirdi. Rusiya Federasiyasının sərhədləri yaxınlığında NATO hərbi qrupunun sayı 33 min nəfərə qədərdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.