Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: Zelenski son ukraynalıları ABŞ pulu ilə bitirmək qərarına gəlib

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidRusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.04.2024
Abunə olmaq
Zaxarova Ukraynadakı vəziyyəti Şimali Amerikada öldürülən on minlərlə hindu ilə müqayisə edib.
BAKI, 23 aprel — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski son ukraynalıların axırına çıxmaq çatdırmaq üçün Vaşinqtonun pulları ilə onları ölkəyə qaytarır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Xarici İşlər Nazirliyinin 18 yaşından 60 yaşa qədər kişilərə qarşı xaricdə bütün konsulluq prosedurlarının keçirilməsinə qadağa qoymasını şərh edərkən deyib.
Diplomat qeyd edib ki, dünya son illərdə ukraynalıların Qərb elitaları və Zelenski tərəfindən "məhv edildiyinin" şahidi olub.
Bütün bu illər ərzində Ukraynanın hakim dairələrində heç bir ukraynalı olmayıb, ölkəni "tarixən heç vaxt onunla heç bir əlaqəsi olmayanlar" idarə ediblər" - Zaxarova vurğulayıb.
"Ukraynanın böyük hissəsi talan ediləndən, qənimətlər ordan daşınandan, tarix yenidən yazılandan və abidələr dağıdılandan sonra yerli əhalinin fiziki məhvinə keçdilər" - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.
Zaxarova Ukraynadakı bu vəziyyəti Şimali Amerikada öldürülən on minlərlə hindu ilə müqayisə edib.
"Manhetten adası hindlilərdən muncuq qarşılığında satın alındı, ukraynalılara isə muncuq belə qismət olmadı - boyunlarında yalnız ABŞ-ın ilgəsi var" - diplomat sözünü yekunlaşdırıb.
Xatırladaq ki, Ukraynanın bütün xarici diplomatik qurumları aprelin 23-dən konsulluq fəaliyyətini "müvəqqəti olaraq dayandırıb". Hərbi xidmətə cəlb olunan kişilər yalnız Ukraynaya qayıtmaq üçün lazım olan sənədləri əldə edə biləcəklər.
Zelenski, xüsusilə hərbi xidmətə minimum çağırış yaşını aşağı salan qalmaqallı səfərbərlik qanununu imzaladıqdan sonra izahat verməli olub. O bəyan edib ki, ukraynalı gənclər müasir texnologiyalara daha yaxşı bələd olduqları üçün döyüşməlidirlər.
Xəbər lenti
0