CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

© Sputnik / Murad OrujovƏl qumbaraları, arxiv
Əl qumbaraları, arxiv - Sputnik Azərbaycan, 1920, 26.04.2024
Abunə olmaq
Faktlarla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.
BAKI, 26 aprel — Sputnik. Xocavənd rayonunun Güney Xırman kəndi ərazisindəki tikilinin içərisindən 74 müxtəlif növ mina, 74 müxtəlif növ qumbara, 4 TNT partlayıcısı (trotil), 110 partladıcı, 12 mərmi, 23 mindən artıq patron və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bundan başqa, keçirilən əməliyyat tədbirləri nəticəsində tapdığı sursatı polisə təhvil verməyən şəxs də müəyyən edilərək saxlanılıb. Ondan 60 ədəd avtomat patronu aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.
23.04.24
Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliyev bir müddət bundan öncə müxtəlif ünvanlardan tapdığı AK-74 tipli avtomat, 1 ədəd içərisində 7,62 mm çaplı 30 ədəd güllə olan avtomat darağı, 1 ədəd həmin avtomata aid olan süngü-bıçaq, 250 ədəd "Toz-8" tüfənginə aid sursat və digər sursat -gilizlərinin gizlədildiyi ünvanlardan aşkar olunaraq götürülüb.
Müəyyən olunub ki, həmiş şəxs silah-sursatları və onun hissələrini aidiyyəti üzrə təhvil vermədən özündə saxlayıb.
Faktla bağlı Xankəndi Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddəsi ilə cinayət işi qaldırılıb. C.Əliyev şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Xəbər lenti
0