https://sputnik.az/20240423/rusiya-xn-qerbi-inkisaf-etmekde-olan-olkelerin-maraqlarina-hormet-etmeye-cagirib-464110539.html
Rusiya XİN Qərbi inkişaf etməkdə olan ölkələrin maraqlarına hörmət etməyə çağırıb
Rusiya XİN Qərbi inkişaf etməkdə olan ölkələrin maraqlarına hörmət etməyə çağırıb
Sputnik Azərbaycan
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, dünyadakı vəziyyət kollektiv konsensus qərarlarının qəbulunu tələb edir. Onun sözlərinə görə... 23.04.2024, Sputnik Azərbaycan
2024-04-23T23:35+0400
2024-04-23T23:35+0400
2024-04-23T23:35+0400
rusiya xin
rusiya
qərb
qərb
qərb
qərb
inkişaf
nazir müavini
ölkə
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273100_0:0:3090:1739_1920x0_80_0_0_95ec3b5b167df1cb8369022f00b75359.jpg
BAKI, 23 aprel — Sputnik. Moskva BMT-nin baş katibi Antonio Quterreşin bəzi ölkələrin davamlı inkişafının maliyyələşdirilməsi üçün nəhəng vəsait kəsiri barədə bəyanatından narahatdır. Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib. BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) forumu zamanı Pankin qeyd edib ki, təşkilat Qərbin maraqlarına uyğun hazırlanmış qlobal iqtisadi modelin qüsurları səbəbindən Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail ola bilməyib. Onun sözlərinə görə, hazırda resursların böyük hissəsi Qərbin inkişaf etməkdə olan ölkələrin üzərinə qoyduğu vəzifələrin həyata keçirilməsinə, böyük məbləğlər isə Ukrayna ilə bağlı xərclərə sərf olunur. Bu, az inkişaf etmiş ölkələrə və xüsusi ehtiyacları olan ölkələrə ziyan vurur. "Sizə xatırlatmaq istərdik ki, Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri tərəfindən qeyri-legitim birtərəfli məhdudlaşdırıcı tədbirlərə əl atılması qlobal iqtisadiyyatda tam balanssızlığa gətirib çıxarır", - nazir müavini əlavə edib. Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, dünyadakı vəziyyət kollektiv konsensus qərarlarının qəbulunu tələb edir. Onun sözlərinə görə, hazırda dünya iqtisadiyyatı çox böyük stress yaşayır və buna bir sıra dövlətlərin düşünülməmiş siyasəti səbəb olub.
qərb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273100_0:0:2732:2048_1920x0_80_0_0_3e4d64159bcae95341624ba3f33697be.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, qərb, qərb, qərb, qərb, inkişaf, nazir müavini, ölkə
rusiya xin, qərb, qərb, qərb, qərb, inkişaf, nazir müavini, ölkə
Rusiya XİN Qərbi inkişaf etməkdə olan ölkələrin maraqlarına hörmət etməyə çağırıb
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, dünyadakı vəziyyət kollektiv konsensus qərarlarının qəbulunu tələb edir. Onun sözlərinə görə, hazırda dünya iqtisadiyyatı çox böyük stress yaşayır və buna bir sıra dövlətlərin düşünülməmiş siyasəti səbəb olub.
BAKI, 23 aprel — Sputnik. Moskva BMT-nin baş katibi Antonio Quterreşin bəzi ölkələrin davamlı inkişafının maliyyələşdirilməsi üçün nəhəng vəsait kəsiri barədə bəyanatından narahatdır.
Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.
BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) forumu zamanı Pankin qeyd edib ki, təşkilat Qərbin maraqlarına uyğun hazırlanmış qlobal iqtisadi modelin qüsurları səbəbindən Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail ola bilməyib.
Onun sözlərinə görə, hazırda resursların böyük hissəsi Qərbin inkişaf etməkdə olan ölkələrin üzərinə qoyduğu vəzifələrin həyata keçirilməsinə, böyük məbləğlər isə Ukrayna ilə bağlı xərclərə sərf olunur. Bu, az inkişaf etmiş ölkələrə və xüsusi ehtiyacları olan ölkələrə ziyan vurur.
"Sizə xatırlatmaq istərdik ki, Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri tərəfindən qeyri-legitim birtərəfli məhdudlaşdırıcı tədbirlərə əl atılması qlobal iqtisadiyyatda tam balanssızlığa gətirib çıxarır", - nazir müavini əlavə edib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, dünyadakı vəziyyət kollektiv konsensus qərarlarının qəbulunu tələb edir. Onun sözlərinə görə, hazırda dünya iqtisadiyyatı çox böyük stress yaşayır və buna bir sıra dövlətlərin düşünülməmiş siyasəti səbəb olub.