https://sputnik.az/20240422/kreml-abs-in-nuve-silahi-polsada-yerlesdirilse-rusiya-tedbir-gorecek-464088458.html
Kreml: ABŞ-ın nüvə silahı Polşada yerləşdirilsə, Rusiya tədbir görəcək
Kreml: ABŞ-ın nüvə silahı Polşada yerləşdirilsə, Rusiya tədbir görəcək
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşa Prezidenti Anjey Dudaya cavab verib. 22.04.2024, Sputnik Azərbaycan
2024-04-22T23:00+0400
2024-04-22T23:00+0400
2024-04-23T10:28+0400
dmitri peskov
rusiya
andjey duda
nüvə silahı
polşa
şimali atlantika şurası
şimali atlantika alyansı
nato
kreml
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852580_0:214:2880:1834_1920x0_80_0_0_06818d76898495264923deffbfaf1d84.jpg
BAKI, 22 aprel — Sputnik. Rusiya hərbçiləri ABŞ-ın Polşa ərazisində nüvə silahının yerləşdirilməsi halında lazımi tədbirləri görəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxışı zamanı qeyd edib. "Hərbçilər, əlbəttə ki, belə planların həyata keçiriləcəyi təqdirdə vəziyyəti təhlil edəcək və hər halda təhlükəsizliyimizi təmin etmək üçün bütün zəruri cavab addımlarını atacaqlar" - Peskov Polşa prezidentinin sözlərinə cavab olaraq vurğulayıb. Xatırladaq ki, bu yaxınlarda Polşa Prezidenti Anjey Duda "Fakt" qəzetinə müsahibəsində ABŞ-ın nüvə silahlarını Polşada yerləşdirməyə hazır olduğunu bəyan edib. O, bu sözləri Polşanın Şimali Atlantika alyansında ABŞ-ın müttəfiqi olması və blokun şərq cinahının "təhlükəsizliyini gücləndirmək" üçün ümumi siyasət həyata keçirməsi ilə izah edib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852580_75:0:2806:2048_1920x0_80_0_0_f25589ef622275417e522f5e46e07379.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dmitri peskov, andjey duda, nüvə silahı, polşa, şimali atlantika şurası, şimali atlantika alyansı, nato, kreml
dmitri peskov, andjey duda, nüvə silahı, polşa, şimali atlantika şurası, şimali atlantika alyansı, nato, kreml
Kreml: ABŞ-ın nüvə silahı Polşada yerləşdirilsə, Rusiya tədbir görəcək
23:00 22.04.2024 (Yenilənib: 10:28 23.04.2024) Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşa Prezidenti Anjey Dudaya cavab verib.
BAKI, 22 aprel — Sputnik. Rusiya hərbçiləri ABŞ-ın Polşa ərazisində nüvə silahının yerləşdirilməsi halında lazımi tədbirləri görəcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxışı zamanı qeyd edib.
"Hərbçilər, əlbəttə ki, belə planların həyata keçiriləcəyi təqdirdə vəziyyəti təhlil edəcək və hər halda təhlükəsizliyimizi təmin etmək üçün bütün zəruri cavab addımlarını atacaqlar" - Peskov Polşa prezidentinin sözlərinə cavab olaraq vurğulayıb.
Xatırladaq ki, bu yaxınlarda Polşa Prezidenti Anjey Duda "Fakt" qəzetinə müsahibəsində ABŞ-ın nüvə silahlarını Polşada yerləşdirməyə hazır olduğunu bəyan edib. O, bu sözləri Polşanın Şimali Atlantika alyansında ABŞ-ın müttəfiqi olması və blokun şərq cinahının "təhlükəsizliyini gücləndirmək" üçün ümumi siyasət həyata keçirməsi ilə izah edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.