https://sputnik.az/20240421/abs-in-kiyeve-yardimi-bu-olkenin-iqtisadiyyatini-defn-edecek---volodin-464062833.html
ABŞ-ın Kiyevə yardımı bu ölkənin iqtisadiyyatını "dəfn edəcək" - Volodin
ABŞ-ın Kiyevə yardımı bu ölkənin iqtisadiyyatını "dəfn edəcək" - Volodin
Sputnik Azərbaycan
Duma sədri heç bir yardımın Ukrayna hərbi əməliyyatlar teatrında vəziyyəti dəyişməyəcəyini və Kiyev rejiminin məğlub olacağını vurğulayıb. 21.04.2024, Sputnik Azərbaycan
2024-04-21T10:56+0400
2024-04-21T10:56+0400
2024-04-21T10:56+0400
rusiya
vyaçeslav volodin
abş
kiyev
yardım
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455659744_0:0:2582:1452_1920x0_80_0_0_33dcb7318960bce7bc69ae5090730cea.jpg
BAKI, 21 aprel - Sputnik. Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ-ın Kiyevə əlavə yardım göstərmək qərarını şərh edib.Duma sədri Vaşinqtonun bu yolla “son Ukraynaya qədər döyüşməyə məcbur etdiyini” qeyd edərək, bunun, “Ukrayna iqtisadiyyatını tamamilə basdıracaq və onu gələcəyindən məhrum edəcəyini” bildirib.Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası şənbə günü Ukraynaya təxminən 61 milyard dollar ayırmağı nəzərdə tutan qanun layihəsini səs çoxluğu ilə qəbul edib.Duma sədri həmçinin əlavə edib ki, bu yardım “döyüş meydanındakı vəziyyəti dəyişməyəcək” və Kiyev rejimi məğlub olacaq.Xatırladaq ki, Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə faktiki ötürülməsi üçün müsadirə edilməsi, eləcə də Çinə qarşı əlavə sanksiyaların tətbiqi haqqında qanun layihələri aprelin 20-də ABŞ Nümayəndələr Palatasında təsdiqlənib. Paketin həcmi 95 milyard dollar təşkil edib, o cümlədən, Ukrayna üçün 60 milyard dollar, İsrail üçün 26 milyard dollar, həmçinin Qəzza zolağı da daxil olmaqla münaqişə zonalarında mülki insanlara humanitar yardımın göstərilməsi daxildir.Bundan sonra qanun layihələri ABŞ Senatı tərəfindən təsdiqlənməlidir, onlara aprelin 23-də baxılacaq. Əgər onlar qəbul olunarsa, imza üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək. Amerika lideri artıq bu qanun layihələri paketini imzalamağa söz verib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240420/lavrov-500-ilden-artiqdir-ki-qerb-dunyanin-qalan-hissesi-ucun-qerarlar-verir-460588736.html
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455659744_155:0:2504:1762_1920x0_80_0_0_9344203986bdf0956b2dfac98b634b87.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vyaçeslav volodin, abş, kiyev, yardım
vyaçeslav volodin, abş, kiyev, yardım
ABŞ-ın Kiyevə yardımı bu ölkənin iqtisadiyyatını "dəfn edəcək" - Volodin
Duma sədri heç bir yardımın Ukrayna hərbi əməliyyatlar teatrında vəziyyəti dəyişməyəcəyini və Kiyev rejiminin məğlub olacağını vurğulayıb.
BAKI, 21 aprel - Sputnik. Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ-ın Kiyevə əlavə yardım göstərmək qərarını şərh edib.
Duma sədri Vaşinqtonun bu yolla “son Ukraynaya qədər döyüşməyə məcbur etdiyini” qeyd edərək, bunun, “Ukrayna iqtisadiyyatını tamamilə basdıracaq və onu gələcəyindən məhrum edəcəyini” bildirib.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası şənbə günü Ukraynaya təxminən 61 milyard dollar ayırmağı nəzərdə tutan qanun layihəsini səs çoxluğu ilə qəbul edib.
“Bayden özü də gizlətmir ki, ayrılan vəsait ilk növbədə Amerika şirkətlərinə yönələcək. Amma əsas başqadır: hətta Kiyevə çatan pul da geri qaytarılmalı olacaq. Bu, heç bir xilas yolu olmayan bir borc əsarətidir. ABŞ öz qərarı ilə Ukraynanı sonuncu Ukraynaya qədər mübarizə aparmağa vadar edir, nəhayət, iqtisadiyyatı torpağa basdırır və onu gələcəyindən məhrum edir”, - Volodin Telegram kanalında yazıb.
Duma sədri həmçinin əlavə edib ki, bu yardım “döyüş meydanındakı vəziyyəti dəyişməyəcək” və Kiyev rejimi məğlub olacaq.
Xatırladaq ki, Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə faktiki ötürülməsi üçün müsadirə edilməsi, eləcə də Çinə qarşı əlavə sanksiyaların tətbiqi haqqında qanun layihələri aprelin 20-də ABŞ Nümayəndələr Palatasında təsdiqlənib.
Paketin həcmi 95 milyard dollar təşkil edib, o cümlədən, Ukrayna üçün 60 milyard dollar, İsrail üçün 26 milyard dollar, həmçinin Qəzza zolağı da daxil olmaqla münaqişə zonalarında mülki insanlara humanitar yardımın göstərilməsi daxildir.
Bundan sonra qanun layihələri ABŞ Senatı tərəfindən təsdiqlənməlidir, onlara aprelin 23-də baxılacaq. Əgər onlar qəbul olunarsa, imza üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək. Amerika lideri artıq bu qanun layihələri paketini imzalamağa söz verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.