Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Rusiyada Ümumdünya Dostluq Oyunlarının keçirilməsi haqqında qanunu imzalayıb

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidПрезидент РФ Владимир Путин во время встречи в режиме видеоконференции, фото из архива
Президент РФ Владимир Путин во время встречи в режиме видеоконференции, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.04.2024
Abunə olmaq
Sənədə əsasən, iştirakçı əcnəbilər üçün sadələşdirilmiş viza rejimi tətbiq ediləcək.
BAKI, 20 aprel - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya dövlətində Ümumdünya Dostluq Oyunlarının hazırlanması və keçirilməsini tənzimləyən qanun imzalayıb.
Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Qeyd olunub ki, Oyunlar zamanı spirtli içkilərin reklamı və satışı istisna olunur. Bukmeker kontorlarının reklamı da qadağan edilib.
Sənədə əsasən, iştirakçı əcnəbilər üçün sadələşdirilmiş viza rejimi tətbiq ediləcək. Həmçinin, gələn könüllülərin Oyunlarda işləmək üçün icazə almasına ehtiyac olmayacaq.
Bundan əlavə, idmançılar və yarış təşkilatçıları fiziki şəxslərin gəlir vergisi və ƏDV-dən azad olunacaqlar. Bu, pul mükafatı, yemək, səyahət, yaşayış və digər şeylərə aiddir.
Qanunda, həmçinin Oyunlarda nəqliyyatdan pulsuz istifadədən də bəhs edilir. Lakin bu, yalnız turnirin keçiriləcəyi konkret şəhər daxilində olacaq.
Bundan əvvəl pələngin Ümumdünya Dostluq Oyunlarının talismanı olduğu bildirilirdi. O, ölkə sakinləri arasında keçirilən sorğudan sonra seçilib. Ümumilikdə 17 variant təklif olunmuşdu.
Xəbər lenti
0