https://sputnik.az/20240420/bakida-kutlevi-imecilik-kecirilir-452368685.html
Bakıda kütləvi iməcilik keçirilib
Bakıda kütləvi iməcilik keçirilib
Sputnik Azərbaycan
Şəhərin 551 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulması təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib. 20.04.2024, Sputnik Azərbaycan
2024-04-20T17:58+0400
2024-04-20T17:58+0400
2024-04-20T18:03+0400
iməclik
paytaxt xəbərləri
bakı
icra hakimiyyəti
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0c/440085856_0:50:1000:613_1920x0_80_0_0_eb8b248ca148d5e282dfd3933fbaa892.jpg
BAKI, 20 aprel - Sputnik. BBu gün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaz mövsümü ilə əlaqədar paytaxtda təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçirilib.Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 551 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.Həmçinin ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamının icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda yerli iqlim şəraitinə uyğun olaraq seçilmiş 400 ədəd yeni ağac əkilib. Ağacəkmə aksiyaları paytaxtın digər rayonlarında da keçirilib.Paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfədir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0c/440085856_58:0:942:663_1920x0_80_0_0_d1eb69d5780902ac23597aae1f85a4e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iməclik, bakı, icra hakimiyyəti
iməclik, bakı, icra hakimiyyəti
Bakıda kütləvi iməcilik keçirilib
17:58 20.04.2024 (Yenilənib: 18:03 20.04.2024) Şəhərin 551 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulması təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
BAKI, 20 aprel - Sputnik. BBu gün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaz mövsümü ilə əlaqədar paytaxtda təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 551 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Həmçinin ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamının icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda yerli iqlim şəraitinə uyğun olaraq seçilmiş 400 ədəd yeni ağac əkilib. Ağacəkmə aksiyaları paytaxtın digər rayonlarında da keçirilib.
Paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfədir.