Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın Tu-22M3 bombardmançı təyyarəsi qəzaya uğrayıb - VİDEO

© Sputnik / Ministry of Defence of the Russian FederationТу-22М3
Ту-22М3 - Sputnik Azərbaycan, 1920, 19.04.2024
Abunə olmaq
Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov bildirib ki, hava gəmisi Krasnoqvardeyski rayonunda qəzaya uğrayıb.
BAKI, 19 aprel — Sputnik. Tu-22M3 bombardmançı təyyarəsi Stavropol vilayətində qəzaya uğrayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Döyüş tapşırığını yerinə yetirdikdən sonra Rusiya Aerokosmik Qüvvələrinə məxsus "Tu-22M3" təyyarəsi qəzaya uğrayıb" – məlumatda qeyd olunub.
Axtarış qrupu tərəfindən 3 ekipaj üzvü təxliyə edilib, dördüncünün axtarışları isə davam edir.
İlkin məlumatlara görə, qəzaya səbəb texniki nasazlıq olub. Təyyarənin göyərtəsində heç bir sursat olmayıb. Məlumata görə, qəza dağıntıya səbəb olmayıb.
Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov bildirib ki, hava gəmisi Krasnoqvardeyski rayonunda qəzaya uğrayıb. Daha sonra o, iki pilotun tibb müəssisələrinə aparıldığını açıqlayıb. Digər pilot isə hadisə yerindən təxliyə edilib və sağdır.
Xəbər lenti
0