Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva müharibə və döyüşlərdən daha çox danışıqlara üstünlük verir - Lavrov

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidLavrov
Lavrov - Sputnik Azərbaycan, 1920, 19.04.2024
Abunə olmaq
Lavrov bildirib ki, Rusiya fransalı təlimatçıların digər Avropa ölkələrinin hərbi və xüsusi xidmət orqanlarının nümayəndələri ilə birlikdə Ukraynada işlədiklərindən xəbərdardır.
BAKI, 19 aprel — Sputnik. Qərbin Rusiyanı məğlub etmək mövzusunu gücləndirməsi aqoniya və isteriyanı əks etdirir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın üç ən böyük radiostansiyası - "Komsomolskaya Pravda", "Sputnik" və "Moskva danışır" radiolarına canlı müsahibəsində bildirib.
"Rusiyanı məğlub etmək mövzusunu qabartmaq, bu məğlubiyyətin Qərbin gələcəyi üçün ekzistensial əhəmiyyətini vurğulamaq, döyüşkən əhval-ruhiyyəni yox, aqoniya və isteriyanı əks etdirir" - Lavrov deyib.
Nazir əlavə edib ki, Qərbin gələcəyə təsirini itirməsi ilə bağlı dedikləri, Rusiya və onun tərəfdaşları tərəfindən yeni və ədalətli dünya nizamının davam edən formalaşması anlayışını əks etdirir.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Qərb hegemonluğunu itirməkdən qorxmaqla yanaşı, bu ölkələrinin ABŞ-ın "təbəəsi" olduğunu açıq şəkildə bəyan edib.
Lavrov Ukraynadakı münaqişənin həlli üçün mümkün danışıqlar mövzusunu şərh edərkən deyib ki, Moskva müharibə və döyüşlərdən daha çox danışıqlara üstünlük verir.
"Rusiya Prezidentinin bizə daim xatırlatdığı kimi, biz həmişə döyüş və müharibələrdən daha çox danışıqlara üstünlük veririk" - Lavrov qeyd edib.
Onun sözlərinə görə, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellin Avropanın Ukrayna üçün deyil, Rusiyaya qarşı vuruşduğunu ifadə etməsi səmimi etirafdır.
Rusiya XİN rəhbəri qeyd edib ki, Ukraynada fransalı təlimatçılar digər Avropa ölkələrinin hərbi və xüsusi xidmət orqanlarının nümayəndələri ilə birlikdə işləyirlər və Rusiyada bu barədə məlumatlar var:
"İndi Polşa, Baltikyanı ölkələr, Çexiya, Bolqarıstan, son vaxtlar hazırkı rəhbərliyin altında bu uşaqlar səs-küy salırlar ki, Fransız əsgərlərini [Ukraynaya] göndərmək lazımdır, sonra orada kimsə onu səhv başa düşdüyünü izah edir və özü də deyir ki, yox, məni səhv başa düşüblər".
Eyni zamanda o, qeyd edib ki, fransızlar təkcə muzdlular deyil, həm də təlimatçılardır:
"Bizim bu məsələyə yanaşmamız çox sadədir və aydındır. Biz 2008 və 2009-cu illərdə Avropanın təhlükəsizliyinə dair müqavilə təklif etmişdik".
Xəbər lenti
0