https://sputnik.az/20240419/moskva-hele-de-revani-ozunun-muttefiqi-hesab-edir---lavrov-464041854.html
Moskva hələ də İrəvanı özünün müttəfiqi hesab edir - Lavrov
Moskva hələ də İrəvanı özünün müttəfiqi hesab edir - Lavrov
Sputnik Azərbaycan
Rusiyanın Xarici işlər nazirinin sözlərinə görə, ermənilərin guya Rusiya sülhməramlılarının heçnə etməməsi səbəbindən Qarabağı tərk etdiyini söyləməsi düzgün... 19.04.2024, Sputnik Azərbaycan
2024-04-19T18:20+0400
2024-04-19T18:20+0400
2024-04-19T18:20+0400
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
ermənistan
azərbaycan və ermənistan arasında müharibə
qarabağ
rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik aleksandr lentsov
rusiya sülhməramlıları
https://cdnn1.img.sputnik.az/img/07e8/04/13/464037403_0:159:3077:1890_1920x0_80_0_0_55cce10c66d63405750af6ca4b60d220.jpg
BAKI, 19 aprel — Sputnik. Avrasiya İqtisadi İttifaqından ən çox Ermənistan faydalanır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. "Proporsional olaraq Ermənistan öz iqtisadiyyatının 35 faizini Avrasiya İqtisadi İttifaqında iştirakla həyata keçirir. Ermənistan kiçik bir ölkə olmaqla, digərləri ilə müqayisədə Avrasiya İqtisadi İttifaqına daha az töhfə verir, lakin qərarlar qəbul edilərkən, Avrasiya İqtisadi İttifaqının üzvləri səsvermə zamanı Rusiya Federasiyası da daxil olmaqla, hamı ilə tamamilə bərabər hüquqlara malikdir" - Lavrov bildirib. Onun sözlərinə görə, Moskva əvvəllər də olduğu İrəvanı təkcə hüquqi baxımdan deyil, həm də öz müttəfiqi hesab edir: "Biz hələ də Ermənistanla müttəfiqik, hüquqi cəhətdən müttəfiqik. Amma mən hesab edirəm ki, təkcə hüquqi baxımdan deyil. Rusiyanın Ermənistanın təhlükəsizliyi və iqtisadi inkişafı üçün əhəmiyyətini anlayanlar var" - nazir qeyd edib. O, həmçinin ABŞ və Avropa İttifaqının Ermənistanı Rusiya Federasiyasından sürətlə uzaqlaşdırmaq üçün təkəbbürlü və həyasız hərəkətlərini xüsusi qeyd edib. "Ona görə də Rusiya Federasiyası və Avrasiya İqtisadi İttifaqı tərəfindən kiçik Ermənistanın istismarı mənzərəsini yaratmağa çalışanlar bu barədə düşünməlidirlər" - Lavrov qeyd edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağdakı vəziyyətin ədalətli müzakirəsi üçün Rusiya və Ermənistan arasında ən yüksək səviyyədə təmaslara ümid etdiyini bildirib. "Nikol Paşinyan deyib ki, onlar Rusiya ilə əldə etdiklərini yüksək qiymətləndirirlər. Rusiyanın təhlükəsizlik, iqtisadiyyat, suverenlik üçün etdiklərini qiymətləndirmək lazımdır" - Lavrov deyib. Onun sözlərinə görə, ermənilərin guya Rusiya sülhməramlılarının heçnə etməməsi səbəbindən Qarabağı tərk etdiyini söyləməsi düzgün deyil.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/13/464037403_173:0:2904:2048_1920x0_80_0_0_0bfd1dfdf8389292bc5c2d00d1758112.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ermənistan, azərbaycan və ermənistan arasında müharibə, qarabağ, rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik aleksandr lentsov, rusiya sülhməramlıları
sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ermənistan, azərbaycan və ermənistan arasında müharibə, qarabağ, rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik aleksandr lentsov, rusiya sülhməramlıları
Moskva hələ də İrəvanı özünün müttəfiqi hesab edir - Lavrov
Rusiyanın Xarici işlər nazirinin sözlərinə görə, ermənilərin guya Rusiya sülhməramlılarının heçnə etməməsi səbəbindən Qarabağı tərk etdiyini söyləməsi düzgün deyil.
BAKI, 19 aprel — Sputnik. Avrasiya İqtisadi İttifaqından ən çox Ermənistan faydalanır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Proporsional olaraq Ermənistan öz iqtisadiyyatının 35 faizini Avrasiya İqtisadi İttifaqında iştirakla həyata keçirir. Ermənistan kiçik bir ölkə olmaqla, digərləri ilə müqayisədə Avrasiya İqtisadi İttifaqına daha az töhfə verir, lakin qərarlar qəbul edilərkən, Avrasiya İqtisadi İttifaqının üzvləri səsvermə zamanı Rusiya Federasiyası da daxil olmaqla, hamı ilə tamamilə bərabər hüquqlara malikdir" - Lavrov bildirib.
Onun sözlərinə görə, Moskva əvvəllər də olduğu İrəvanı təkcə hüquqi baxımdan deyil, həm də öz müttəfiqi hesab edir:
"Biz hələ də Ermənistanla müttəfiqik, hüquqi cəhətdən müttəfiqik. Amma mən hesab edirəm ki, təkcə hüquqi baxımdan deyil. Rusiyanın Ermənistanın təhlükəsizliyi və iqtisadi inkişafı üçün əhəmiyyətini anlayanlar var" - nazir qeyd edib.
O, həmçinin ABŞ və Avropa İttifaqının Ermənistanı Rusiya Federasiyasından sürətlə uzaqlaşdırmaq üçün təkəbbürlü və həyasız hərəkətlərini xüsusi qeyd edib.
"Ona görə də Rusiya Federasiyası və Avrasiya İqtisadi İttifaqı tərəfindən kiçik Ermənistanın istismarı mənzərəsini yaratmağa çalışanlar bu barədə düşünməlidirlər" - Lavrov qeyd edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağdakı vəziyyətin ədalətli müzakirəsi üçün Rusiya və Ermənistan arasında ən yüksək səviyyədə təmaslara ümid etdiyini bildirib.
"Nikol Paşinyan deyib ki, onlar Rusiya ilə əldə etdiklərini yüksək qiymətləndirirlər. Rusiyanın təhlükəsizlik, iqtisadiyyat, suverenlik üçün etdiklərini qiymətləndirmək lazımdır" - Lavrov deyib.
Onun sözlərinə görə, ermənilərin guya Rusiya sülhməramlılarının heçnə etməməsi səbəbindən Qarabağı tərk etdiyini söyləməsi düzgün deyil.