Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ermənistan özü hələ öz sərhədlərini müəyyən etməyib, KTMT necə etsin?!

© Sputnik / Алексей ФилипповSerqey Lavrov
Serqey Lavrov - Sputnik Azərbaycan, 1920, 19.04.2024
Abunə olmaq
Rusiya XİN-in rəhbəri vurğulayıb ki, KTMT-nin öz məsuliyyət sahəsini göstərmək öhdəliyindən yalnız Ermənistanın sərhədləri müəyyən edildikdən və delimitasiya başa çatdıqdan sonra danışmaq lazımdır.
BAKI, 19 aprel — Sputnik. Ermənistan rəhbərliyi ölkə sərhədlərinin müəyyənləşdirməsini hələ başa çatdırmayıb və belə bir şəraitdə KTMT-nin Ermənistanda məsuliyyət zonasının göstərilməsindən danışmaq hələ tezdir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Sputnik", "Komsomolskaya Pravda" və "Moskva danışır" radiostansiyalarına müsahibəsində deyib.
"KTMT Ermənistanda məsuliyyət zonasının harada olduğunu müəyyən edə bilməz, heç Ermənistanın özü hələ müəyyən etməyib. Onlar Azərbaycanla birlikdə 1991-ci il sərhədlərinə - Alma-Ata bəyannaməsinə hörmətlə yanaşmağa hazır olduqlarını bildiriblər. Bu isə onu ifadə edir ki, Qarabağ Azərbaycana məxsusdur. Onlar delimitasiya komissiyası yaradıblar və paralel olaraq Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda anklav olmayan dörd kəndi köçürməyə hazır olduğunu bildirib. Bununla belə, Paşinyanın KTMT-dən təsdiq və müdafiə etməsini istədiyi 1991-ci ilin sərhədlərini nəzərə almırlar" - Lavrov bildirib.
Nazir vurğulayıb ki, KTMT-nin öz məsuliyyət sahəsini göstərmək öhdəliyindən yalnız Ermənistanın sərhədləri müəyyən edildikdən və delimitasiya başa çatdıqdan sonra danışmaq lazımdır.
Xəbər lenti
0