https://sputnik.az/20240418/xn-rusiya-ile-cin-arasindaki-munasibetler-basqalarina-qarsi-yonelmeyib-464020313.html
XİN: Rusiya ilə Çin arasındakı münasibətlər, başqalarına qarşı yönəlməyib
XİN: Rusiya ilə Çin arasındakı münasibətlər, başqalarına qarşı yönəlməyib
Sputnik Azərbaycan
Rusiya Federasiyası ilə ÇXR arasında əməkdaşlığın ölkələrin ikitərəfli münasibətlərinin və strateji qarşılıqlı fəaliyyətinin mühüm tərkib hissəsi olduğunu... 18.04.2024, Sputnik Azərbaycan
2024-04-18T16:22+0400
2024-04-18T16:22+0400
2024-04-18T16:22+0400
rusiya
mariya zaxarova
çin
münasibətlər
abş
nato
əməkdaşlıq
yaponiya
https://cdnn1.img.sputnik.az/img/07e7/02/15/452016941_0:160:3072:1888_1920x0_80_0_0_f0eaae86d6f34a219fb6d11f4e53cf78.jpg
BAKI, 18 aprel — Sputnik. Moskva ilə Pekin arasında münasibətlər Yaponiyanın Qərb ölkələri ilə münasibətlərindən fərqli olaraq üçüncü ölkələrə qarşı yönəlməyib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Bundan əvvəl Yaponiya Xarici İşlər Nazirliyi illik hesabat dərc edib və orada Moskva ilə Pekin arasında hərbi sahədə əməkdaşlıqdan narahatlığını ifadə edib. O, Rusiya Federasiyası ilə ÇXR arasında əməkdaşlığın ölkələrin ikitərəfli münasibətlərinin və strateji qarşılıqlı fəaliyyətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Bundan əlavə, Zaxarova qeyd edib ki, ölkələr arasında əməkdaşlıq bloklaşma və ya konfrantasiya xarakterli deyil. Yaponiya Xarici İşlər Nazirliyinin hesabatına cavab olaraq o, Tokiodan soruşub ki, onun digər ölkələrlə əməkdaşlığı belə təqdim oluna bilərmi? Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib:Diplomat vurğulayıb ki, Rusiya Çin və ya digər ölkələrlə münasibətlərində nə ictimai ritorika səviyyəsində, nə də əməli fəaliyyətində digər ölkələrə qarşı mübarizə aparmaq və ya "strateji məğlubiyyətlər" vermək vəzifəsi qoymayıb. O, əlavə edib ki, bu, Rusiyanı kollektiv Qərbdən fərqləndirir və hətta Yaponiya ilə də əlaqələri inkişaf etdirir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/15/452016941_171:0:2902:2048_1920x0_80_0_0_66fb7e238b2c310fbf10315270010ef4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, çin, münasibətlər, abş, nato, əməkdaşlıq, yaponiya
mariya zaxarova, çin, münasibətlər, abş, nato, əməkdaşlıq, yaponiya
XİN: Rusiya ilə Çin arasındakı münasibətlər, başqalarına qarşı yönəlməyib
Rusiya Federasiyası ilə ÇXR arasında əməkdaşlığın ölkələrin ikitərəfli münasibətlərinin və strateji qarşılıqlı fəaliyyətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.
BAKI, 18 aprel — Sputnik. Moskva ilə Pekin arasında münasibətlər Yaponiyanın Qərb ölkələri ilə münasibətlərindən fərqli olaraq üçüncü ölkələrə qarşı yönəlməyib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Bundan əvvəl Yaponiya Xarici İşlər Nazirliyi illik hesabat dərc edib və orada Moskva ilə Pekin arasında hərbi sahədə əməkdaşlıqdan narahatlığını ifadə edib.
"Moskva və Pekin arasında əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib. Rusiya və Çin silahlı qüvvələri arasında sıx əlaqələr dərin qarşılıqlı etimada, xüsusi xarakterə və görünməmiş yüksək səviyyəli dövlətlərarası münasibətlərə əsaslanır", - Zaxarova bildirib.
O, Rusiya Federasiyası ilə ÇXR arasında əməkdaşlığın ölkələrin ikitərəfli münasibətlərinin və strateji qarşılıqlı fəaliyyətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Bundan əlavə, Zaxarova qeyd edib ki, ölkələr arasında əməkdaşlıq bloklaşma və ya konfrantasiya xarakterli deyil.
Yaponiya Xarici İşlər Nazirliyinin hesabatına cavab olaraq o, Tokiodan soruşub ki, onun digər ölkələrlə əməkdaşlığı belə təqdim oluna bilərmi?
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib:
"Biz Yaponiyanın sərhədlərimiz yaxınlığında təkcə ABŞ-ın deyil, həm də NATO-nun iştirakı ilə hərbi təlim fəaliyyətinin artmasına nəzarət etməyə məcburuq".
Diplomat vurğulayıb ki, Rusiya Çin və ya digər ölkələrlə münasibətlərində nə ictimai ritorika səviyyəsində, nə də əməli fəaliyyətində digər ölkələrə qarşı mübarizə aparmaq və ya "strateji məğlubiyyətlər" vermək vəzifəsi qoymayıb. O, əlavə edib ki, bu, Rusiyanı kollektiv Qərbdən fərqləndirir və hətta Yaponiya ilə də əlaqələri inkişaf etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.