https://sputnik.az/20240418/ermenistan-cenubi-qafqazda-abs-ve-a-ucun-aletdir---zaxarova-464012055.html
Ermənistan Cənubi Qafqazda ABŞ və Aİ üçün alətdir - Zaxarova
Ermənistan Cənubi Qafqazda ABŞ və Aİ üçün alətdir - Zaxarova
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, ABŞ və kollektiv Qərb yalnız münaqişələri alovlandırmağı bacarır. 18.04.2024, Sputnik Azərbaycan
2024-04-18T14:28+0400
2024-04-18T14:28+0400
2024-04-18T14:42+0400
rusiya
rusiya
nato
cənubi qafqaz
fransa
abş
ai
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458413054_0:0:2283:1284_1920x0_80_0_0_33432ddeedf6abce284d532dce5c3ffd.jpg
BAKI, 18 aprel — Sputnik. Rusiya Brüssel danışıqları barədə mətbuata sızan məlumatlarla bağlı Ermənistandan dəqiq reaksiya gözləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə aprelin 5-də Brüsseldə keçirilən üçtərəfli danışıqlarda Ermənistandakı Rusiya hərbi bazası və sərhədçilərinin ABŞ-Aİ-NATO mütəxəssisləri ilə əvəz edilməsi planının razılaşdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. O qeyd edib ki, İrəvan daha əvvəl Qərb ölkələri ilə əməkdaşlığın üçüncü ölkələrə qarşı istiqamətlənmədiyini bildirib. Zaxarova qeyd edib ki, qərblilər Cənubi Qafqazdakı qonşuları arasında çəkişmələr yaratmağa çalışırlar və Ermənistana yalnız yeni böyük yanğını alovlandırmaq istədikləri alət rolu verilir. Onun sözlərinə görə, ABŞ və kollektiv Qərb yalnız münaqişələri alovlandırmağı bacarır:"Onlar ölkələri barışdırmağı, münaqişələri nizamlamağı, qan tökülməsini dayandırmağı bilmirlər".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458413054_67:0:2108:1531_1920x0_80_0_0_02d9479e4b29fec3105190c78c1600ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, nato, cənubi qafqaz, fransa, abş, ai
rusiya, nato, cənubi qafqaz, fransa, abş, ai
Ermənistan Cənubi Qafqazda ABŞ və Aİ üçün alətdir - Zaxarova
14:28 18.04.2024 (Yenilənib: 14:42 18.04.2024) Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, ABŞ və kollektiv Qərb yalnız münaqişələri alovlandırmağı bacarır.
BAKI, 18 aprel — Sputnik. Rusiya Brüssel danışıqları barədə mətbuata sızan məlumatlarla bağlı Ermənistandan dəqiq reaksiya gözləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə aprelin 5-də Brüsseldə keçirilən üçtərəfli danışıqlarda Ermənistandakı Rusiya hərbi bazası və sərhədçilərinin ABŞ-Aİ-NATO mütəxəssisləri ilə əvəz edilməsi planının razılaşdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
O qeyd edib ki, İrəvan daha əvvəl Qərb ölkələri ilə əməkdaşlığın üçüncü ölkələrə qarşı istiqamətlənmədiyini bildirib.
"Bu faktorları nəzərə alaraq, Ermənistan hakimiyyətindən yayılan məlumatlara aydın reaksiya, idealda isə bunun inkar edilməsini gözləyirik. Bütün hallarda söz rəsmi İrəvanındır" - Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova qeyd edib ki, qərblilər Cənubi Qafqazdakı qonşuları arasında çəkişmələr yaratmağa çalışırlar və Ermənistana yalnız yeni böyük yanğını alovlandırmaq istədikləri alət rolu verilir.
"Brüsseldəki görüş zamanı həqiqətən də İrəvana Rusiya bazasının və sərhədçilərinin Qərb mütəxəssisləri ilə dəyişdirilməsi, eləcə də Ermənistan Respublikasında kritik infrastrukturun istiqamətinin dəyişdirilməsi ilə bağlı planların qoyulduğu ortaya çıxsa, Moskva təəccüblənməyəcək" - XİN sözçüsü vurğulayıb.
Onun sözlərinə görə, ABŞ və kollektiv Qərb yalnız münaqişələri alovlandırmağı bacarır:
"Onlar ölkələri barışdırmağı, münaqişələri nizamlamağı, qan tökülməsini dayandırmağı bilmirlər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.