Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bu, Fransanın milli suverenliyinin aşınmasının daha bir bariz sübutudur - Zaxarova

© Sputnik / Станислав Красильников / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Abunə olmaq
Diplomat qeyd edib ki, bu, Fransa tarixində ilk dəfədir ki, nüvə çəkindirici qüvvələrin dəniz komponentinin əsas elementi olan milli dəniz qüvvələrinin flaqmanı NATO qüvvələrinin rəhbərliyi altına verilir.
BAKI, 18 aprel — Sputnik. Fransanın "Şarl de Qoll" təyyarədaşıyan gəmisinin NATO komandanlığına verilməsi Parisin milli suverenliyinin davamlı aşınmasının daha bir bariz sübutudur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Biz Fransa Silahlı Qüvvələrinin Baş Qərargahının NATO-nun əməliyyat komandanlığına "Şarl de Qoll" aviadaşıyıcısı və müşayiət olunan hərbi gəmilərin Alyansın Aralıq dənizində hərbi dəniz təlimlərində iştirak etmək üçün təhvil verilməsi ilə bağlı məlumatına diqqət yetirdik" - Zaxarova bildirib.

Diplomat qeyd edib ki, bu, Fransa tarixində ilk dəfədir ki, nüvə çəkindirici qüvvələrin dəniz komponentinin əsas elementi olan milli dəniz qüvvələrinin flaqmanı NATO qüvvələrinin rəhbərliyi altına verilir.
"Əlbəttə, belə bir qərar Fransa rəhbərliyinin suveren hüququdur, lakin bu, Fransanın milli suverenliyinin davamlı olaraq aşınmasının daha bir bariz sübut kimi görünür" - Zaxarova deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0