QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdamda minaatan qurğular aşkar edilib

© Photo : TRENDminaatan
minaatan - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Abunə olmaq
BAKI, 18 aprel — Sputnik. Polis əməkdaşları Xankəndidə qumbara və avtomatlar tapıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 17-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 7 tüfəng, 1 qumbara, 6 alışdırıcı, 17 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Eyni zamanda Ağdamda minaatan qurğular aşkar edilib.
Məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Yeni Qaralar kəndi ərazisindən 2 minaatan qurğusu, 3 avtomat, 53 mərmi, 1 qumbara, 2 partladıcı detonator, 2000-dən çox patron və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0