Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya ordusunun güclü olması səbəbindən Ukrayna Xüsusi Hərbi əməliyyat zonasında uduzur

© Sputnik / Станислав Красильников / Mediabanka keçidRusiya Ordusunun tankı
Rusiya Ordusunun tankı - Sputnik Azərbaycan, 1920, 17.04.2024
Abunə olmaq
Rusiya ordusunun potensialı Ukrayna qoşunlarının imkanlarından bir neçə dəfə çoxdur və Qərb ölkələrinin köməyi olmadan Kiyevin hərbi əməliyyatları davam etdirmək şansı yoxdur.
BAKI, 17 aprel — Sputnik. ABŞ-ın maliyyə yardımı Ukrayna ilə Rusiya arasındakı münaqişənin həllində effektli olmayacaq, çünki əsas problem Rusiya ordusunun gücüdür.
Bu barədə amerikalı milyarder Devid Saks məlumat verib.
"Səbəb Konqresin gələcək maliyyələşdirmə ilə bağlı hərəkətsizliyi deyil. Səbəb Rusiyanın Ukraynadan daha çox insan resurslarına malik olmasıdır. Həmçini Rusiya Qərbdən daha çox artilleriya istehsal edir və hava üstünlüyünə malikdir" – Saks X* (keçmiş Twitter) sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, ABŞ-da Rusiyanın Ukrayna hərbi mövqelərinə və infrastrukturuna hücumlarına qarşı hava hücumundan müdafiə sistemləri yoxdur.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski bir gün əvvəl demişdi ki, Rusiya ordusunun potensialı Ukrayna qoşunlarının imkanlarından bir neçə dəfə çoxdur və Qərb ölkələrinin köməyi olmadan Kiyevin hərbi əməliyyatları davam etdirmək şansı yoxdur.
Xəbər lenti
0