https://sputnik.az/20240417/putin-dunyada-yeni-epidemiyalarin-yayilmasi-riskinin-yuksek-oldugunu-bildirib-463987009.html
Putin dünyada yeni epidemiyaların yayılması riskinin yüksək olduğunu bildirib
Putin dünyada yeni epidemiyaların yayılması riskinin yüksək olduğunu bildirib
Sputnik Azərbaycan
Rusiya lideri Afrikanın ciddi zəifliyini qeyd edib. 17.04.2024, Sputnik Azərbaycan
2024-04-17T14:40+0400
2024-04-17T14:40+0400
2024-04-17T15:04+0400
putin
rusiya
epidemiya
epidemiya
afrika
afrika
rusiya prezidenti vladimir putin
putin
vladimir putin
rusiya federasiyasının prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1d/462942654_0:0:3072:1728_1920x0_80_0_0_30de439dab0140804238cd77de6f79a1.jpg
BAKI, 17 aprel — Sputnik. Dünyada yeni epidemiyaların yayılma riski yüksək olaraq qalır. Bunu Rusiya Prezidenti Vladimir Putin yoluxucu xəstəliklərlə mübarizə üzrə konfrans iştirakçılarını salamlayarkən bildirib. "Dünyada yeni epidemiyaların yaranması və artıq məlum olan təhlükəli xəstəliklərin yayılması riski çox yüksək olaraq qalır. Afrika qitəsi bu çağırışlara qarşı xüsusilə həssasdır və tibbi, elmi və texnoloji potensialın sürətlə artırılmasına ehtiyac duyur" - Rusiya lideri vurğulayıb. Rusiya dövlət başçısı əlavə edib ki, Moskva səhiyyənin bütün ən vacib sahələrində fəal əməkdaşlıq etməyə hazırdır. O, Afrika ölkələrinə sanitar-epidemioloji rifah sahəsində yardım proqramının hələ 2023-cü ildə başladığını xatırladıb. Bu proqram on mobil laboratoriyanın tədarükünü və 350-dən çox afrikalı tibb işçisinin təhsilini əhatə edir. Bu yaxınlarda Vladimir Putin Afrikanı çoxqütblü dünyanın qütblərindən biri kimi göstərmək istəyini qeyd edib. O, səhiyyə, istehsalat və digər sahələrdə artan dəyişikliklərin sürətləndiyini qeyd edib.
afrika
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1d/462942654_171:0:2902:2048_1920x0_80_0_0_5df42e279e8bc22bec32486c0037659e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, epidemiya, epidemiya, afrika, afrika, rusiya prezidenti vladimir putin, putin, vladimir putin, rusiya federasiyasının prezidenti vladimir putin
putin, epidemiya, epidemiya, afrika, afrika, rusiya prezidenti vladimir putin, putin, vladimir putin, rusiya federasiyasının prezidenti vladimir putin
Putin dünyada yeni epidemiyaların yayılması riskinin yüksək olduğunu bildirib
14:40 17.04.2024 (Yenilənib: 15:04 17.04.2024) Rusiya lideri Afrikanın ciddi zəifliyini qeyd edib.
BAKI, 17 aprel — Sputnik. Dünyada yeni epidemiyaların yayılma riski yüksək olaraq qalır.
Bunu Rusiya Prezidenti Vladimir Putin yoluxucu xəstəliklərlə mübarizə üzrə konfrans iştirakçılarını salamlayarkən bildirib.
"Dünyada yeni epidemiyaların yaranması və artıq məlum olan təhlükəli xəstəliklərin yayılması riski çox yüksək olaraq qalır. Afrika qitəsi bu çağırışlara qarşı xüsusilə həssasdır və tibbi, elmi və texnoloji potensialın sürətlə artırılmasına ehtiyac duyur" - Rusiya lideri vurğulayıb.
Rusiya dövlət başçısı əlavə edib ki, Moskva səhiyyənin bütün ən vacib sahələrində fəal əməkdaşlıq etməyə hazırdır. O, Afrika ölkələrinə sanitar-epidemioloji rifah sahəsində yardım proqramının hələ 2023-cü ildə başladığını xatırladıb. Bu proqram on mobil laboratoriyanın tədarükünü və 350-dən çox afrikalı tibb işçisinin təhsilini əhatə edir.
Bu yaxınlarda Vladimir Putin Afrikanı çoxqütblü dünyanın qütblərindən biri kimi göstərmək istəyini qeyd edib. O, səhiyyə, istehsalat və digər sahələrdə artan dəyişikliklərin sürətləndiyini qeyd edib.