https://sputnik.az/20240416/ran-prezidenti-putine-zeng-edib-sraile-zerbe-vurmaga-mecbur-olduq-463970539.html
İran prezidenti Putinə zəng edib: "İsrailə zərbə vurmağa məcbur olduq"
İran prezidenti Putinə zəng edib: "İsrailə zərbə vurmağa məcbur olduq"
Sputnik Azərbaycan
Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə söhbətində Yaxın Şərqdəki bütün tərəflərin təmkin nümayiş etdirəcəklərinə və qarşıdurmanın... 16.04.2024, Sputnik Azərbaycan
2024-04-16T17:29+0400
2024-04-16T17:29+0400
2024-04-16T18:10+0400
rusiya
rusiya prezidenti vladimir putin
putin
vladimir putin
ibrahim rəisi
israil
iran
yaxın şərq
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/07/461155742_0:0:2841:1598_1920x0_80_0_0_955d60fcfa4c2a947b4a62e820f3cdc7.jpg
BAKI, 16 aprel — Sputnik. Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi İsrailin zərbəsindən sonra Yaxın Şərqdəki vəziyyəti və İranın cavab tədbirlərini ətraflı müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığının İran tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd edilir. Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə söhbətində Yaxın Şərqdəki bütün tərəflərin təmkin nümayiş etdirəcəklərinə və qarşıdurmanın yeni raunduna imkan verməyəcəklərinə ümid etdiyini bildirib. İran prezidenti İbrahim Rəisi ölkəsinin addımlarının məcburi və məhdud xarakter daşıdığını qeyd edib və vəziyyətin daha da gərginləşməsinə maraq göstərmədiyini vurğulayıb. İran Silahlı Qüvvələrinin elit bölməsi İslam İnqilabı Keşikçiləri Korpusu aprelin 14-nə keçən gecə İsrailə cavab olaraq bu ölkənin ərazisinə zərbələr endirib. Müxtəlif mənbələrə görə hücumda bir neçə yüz raket və pilotsuz uçuş aparatı, o cümlədən Şahed kamikadze pilotsuz uçan aparatları, Fəttah və Fəttah-2 hipersəs raketləri istifadə edilib. İranın dövlət televiziya kanalı Press TV bütün hipersəs raketlərinin hədəflərinə çatdığını bildirib. İsrail ordusunun məlumatına görə, İran 170-ə yaxın pilotsuz təyyarə, 30-dan çox qanadlı raket və 120-dən çox ballistik raket daxil olmaqla ümumilikdə 300-dən çox hərbi sursat və PUA-nı havaya buraxıb. Eyni zamanda, İsrail yalnız "bir neçə raketin" ölkəyə çatdığını və "kiçik ziyana" səbəb olduğunu bildirir. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Tehranın "Doğru vəd" əməliyyatını başa çatdırdığını və onu davam etdirməyi planlaşdırmadığını, lakin İsrailin hər hansı tədbir görəcəyi təqdirdə İranın növbəti əməliyyatının əvvəlkindən daha geniş olacağını bildirib. İsrail müdafiə naziri Benni Qantz bildirib ki, ölkə İran təhlükəsinə qarşı regional koalisiya yaratmaq və hücuma lazımi vaxtda və şəkildə cavab vermək niyyətindədir. İsrail hökumətinin yaxın gələcəkdə növbəti addımlar barədə qərar verəcəyi gözlənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/07/461155742_110:0:2841:2048_1920x0_80_0_0_c5521532a151f6c38234a5cbf2cfc3a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, putin, vladimir putin, ibrahim rəisi, israil, iran, yaxın şərq
rusiya prezidenti vladimir putin, putin, vladimir putin, ibrahim rəisi, israil, iran, yaxın şərq
İran prezidenti Putinə zəng edib: "İsrailə zərbə vurmağa məcbur olduq"
17:29 16.04.2024 (Yenilənib: 18:10 16.04.2024) Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə söhbətində Yaxın Şərqdəki bütün tərəflərin təmkin nümayiş etdirəcəklərinə və qarşıdurmanın yeni raunduna imkan verməyəcəklərinə ümid etdiyini bildirib.
BAKI, 16 aprel — Sputnik. Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi İsrailin zərbəsindən sonra Yaxın Şərqdəki vəziyyəti və İranın cavab tədbirlərini ətraflı müzakirə ediblər.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığının İran tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd edilir.
Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə söhbətində Yaxın Şərqdəki bütün tərəflərin təmkin nümayiş etdirəcəklərinə və qarşıdurmanın yeni raunduna imkan verməyəcəklərinə ümid etdiyini bildirib.
İran prezidenti İbrahim Rəisi ölkəsinin addımlarının məcburi və məhdud xarakter daşıdığını qeyd edib və vəziyyətin daha da gərginləşməsinə maraq göstərmədiyini vurğulayıb.
İran Silahlı Qüvvələrinin elit bölməsi İslam İnqilabı Keşikçiləri Korpusu aprelin 14-nə keçən gecə İsrailə cavab olaraq bu ölkənin ərazisinə zərbələr endirib. Müxtəlif mənbələrə görə hücumda bir neçə yüz raket və pilotsuz uçuş aparatı, o cümlədən Şahed kamikadze pilotsuz uçan aparatları, Fəttah və Fəttah-2 hipersəs raketləri istifadə edilib. İranın dövlət televiziya kanalı Press TV bütün hipersəs raketlərinin hədəflərinə çatdığını bildirib.
İsrail ordusunun məlumatına görə, İran 170-ə yaxın pilotsuz təyyarə, 30-dan çox qanadlı raket və 120-dən çox ballistik raket daxil olmaqla ümumilikdə 300-dən çox hərbi sursat və PUA-nı havaya buraxıb. Eyni zamanda, İsrail yalnız "bir neçə raketin" ölkəyə çatdığını və "kiçik ziyana" səbəb olduğunu bildirir.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Tehranın "Doğru vəd" əməliyyatını başa çatdırdığını və onu davam etdirməyi planlaşdırmadığını, lakin İsrailin hər hansı tədbir görəcəyi təqdirdə İranın növbəti əməliyyatının əvvəlkindən daha geniş olacağını bildirib.
İsrail müdafiə naziri Benni Qantz bildirib ki, ölkə İran təhlükəsinə qarşı regional koalisiya yaratmaq və hücuma lazımi vaxtda və şəkildə cavab vermək niyyətindədir. İsrail hökumətinin yaxın gələcəkdə növbəti addımlar barədə qərar verəcəyi gözlənilir.