Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO-nun Arktikada güclənməsinə Rusiyanın cavabı təhdidlərə mütənasib olacaq - XİN

© Photo : Mario Tama / Getty ImagesTule aviabazasında NASA-nın tədqiqat təyyarəsi,
Tule aviabazasında NASA-nın tədqiqat təyyarəsi, - Sputnik Azərbaycan, 1920, 15.04.2024
Abunə olmaq
Rusiyalı nazir müavini deyib ki, Finlandiya və İsveçin NATO-ya qəbulu blokun Arktika regionunda ambisiyalarını artıracaq.
BAKI, 15 aprel — Sputnik. Rusiya və Türkiyə diplomatik kanallar vasitəsilə əlaqə saxlayır və İranın İsrail ərazisinə böyük raket hücumu ilə bağlı vəziyyəti müzakirə edirlər.
Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko jurnalistlərə bildirib.

"Dünən BMT Təhlükəsizlik Şurasının iclasının keçirildiyini nəzərə alsaq, əlbəttə ki, bizim diplomatik təmaslarımız təsir gücünə malikdir. Təbii ki, Türkiyə də daxil olmaqla bütün ölkələrlə əlaqə saxlayırıq", - Qruşko əlavə edib.

Rusiyalı nazir müavini deyib ki, Finlandiya və İsveçin NATO-ya qəbulu blokun, Arktika regionunda ambisiyalarını artıracaq:

"Rusiyanın buna reaksiyası bu ölkələrin ərazisindən gələ biləcək təhdidlərə mütənasib olacaq. NATO-ya daxil olmaq bir sıra infrastruktur tədbirlərinin həyata keçirilməsi ilə müşayiət olunacaq, o cümlədən ABŞ-la ikitərəfli təhlükəsizlik sazişinin imzalanması ilə bağlı tədbirlərə uyğun olaraq ABŞ silahlı qüvvələri üçün Finlandiyada 17 obyekt ayrılıb".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0