https://sputnik.az/20240415/moskva-ve-minsk-sanksiyalara-baxmayaraq-inteqrasiyani-guclendirirler---misustin-463943583.html
Moskva və Minsk sanksiyalara baxmayaraq, inteqrasiyanı gücləndirirlər - Mişustin
Moskva və Minsk sanksiyalara baxmayaraq, inteqrasiyanı gücləndirirlər - Mişustin
Sputnik Azərbaycan
RF hökumət başçısı deyib ki, Rusiya və Belarus yüngül çoxməqsədli "Osvey" təyyarəsinin birgə istehsalına dair hökumətlərarası saziş imzalayacaqlar. 15.04.2024, Sputnik Azərbaycan
2024-04-15T16:22+0400
2024-04-15T16:22+0400
2024-04-15T17:03+0400
rusiya
mixail mişustin
rusiya
baş nazir
minsk
moskva
layihə
təyyarə
belarus
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463091715_0:0:2878:1620_1920x0_80_0_0_ad57876f660c045cbfd353d0914cecff.jpg
BAKI, 15 aprel — Sputnik. Rusiya və Belarus hökumətləri iki ölkənin prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkonun son yüksək səviyyəli danışıqları zamanı qəbul etdiyi bütün qərarların dəqiq və qeyd-şərtsiz icrasını təmin etməlidir. Bunu Rusiyanın baş naziri Mixail Mişustin bildirib. Rusiya baş naziri Moskvada belaruslu həmkarı Roman Qolovçenko ilə görüşüb. Mişustin bildirib ki, Rusiya və Belarus tərəfləri transsərhəd elektron qarşılıqlı fəaliyyətdə elektron rəqəmsal imzaların qarşılıqlı tanınması haqqında hökumətlərarası saziş imzalayacaqlar. O qeyd edib ki, Belarus və Rusiya sahibkarları dövlət satınalmaları prosedurunda məhdudiyyətsiz iştirak edə və Rusiya və Belarusun İttifaq Dövlətinin mal və xidmətlərinin ümumi bazarlarında hüquqi əhəmiyyətli hərəkətlər icra edə biləcəklər. Rusiyanın baş naziri iki ölkə arasında yüksək texnologiyalar və elm sahəsində əməkdaşlığın yüksək səviyyəsini qeyd edib. Onun sözlərinə görə, kosmik sahədə əldə olunan birgə nailiyyətlər bunu təsdiqləyir. Mişustin deyib ki, Rusiya və Belarus yüngül çoxməqsədli "Osvey" təyyarəsinin birgə istehsalına dair hökumətlərarası saziş imzalayacaq. O qeyd edib ki, bu qərarlar İttifaq dövlətində inteqrasiyanın dərinləşməsi üçün əhəmiyyət daşıyır. "Həm Rusiya, həm də Belarus vətəndaşlarının bizdən gözlədiyi məhz budur" - Rusiyanın baş naziri əlavə edib. Mixail Mişustin bildirib ki, Moskva və Minsk artan sanksiyalara baxmayaraq, birlik inteqrasiyasını gücləndirirlər. Rusiyanın baş naziri qeyd edib ki, Moskva və Minsk ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinə və sənaye layihələrinin həyata keçirilməsinin sürətləndirilməsinə böyük diqqət yetirirlər. "Sənaye kooperasiyası sahəsində 25 birgə layihənin həyata keçirilməsini sürətləndiririk" - baş nazir deyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463091715_147:0:2878:2048_1920x0_80_0_0_c2dfc2b4d10bcc2a2c77c0718ba26615.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mixail mişustin, rusiya, baş nazir, minsk, moskva, layihə, təyyarə, belarus
mixail mişustin, rusiya, baş nazir, minsk, moskva, layihə, təyyarə, belarus
Moskva və Minsk sanksiyalara baxmayaraq, inteqrasiyanı gücləndirirlər - Mişustin
16:22 15.04.2024 (Yenilənib: 17:03 15.04.2024) RF hökumət başçısı deyib ki, Rusiya və Belarus yüngül çoxməqsədli "Osvey" təyyarəsinin birgə istehsalına dair hökumətlərarası saziş imzalayacaqlar.
BAKI, 15 aprel — Sputnik. Rusiya və Belarus hökumətləri iki ölkənin prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkonun son yüksək səviyyəli danışıqları zamanı qəbul etdiyi bütün qərarların dəqiq və qeyd-şərtsiz icrasını təmin etməlidir. Bunu Rusiyanın baş naziri Mixail Mişustin bildirib.
Rusiya baş naziri Moskvada belaruslu həmkarı Roman Qolovçenko ilə görüşüb.
Mişustin bildirib ki, Rusiya və Belarus tərəfləri transsərhəd elektron qarşılıqlı fəaliyyətdə elektron rəqəmsal imzaların qarşılıqlı tanınması haqqında hökumətlərarası saziş imzalayacaqlar.
"Biz bütün mürəkkəb hüquqi problemləri və texnoloji prosesləri həll edə bildik" - Mişustin bildirib.
O qeyd edib ki, Belarus və Rusiya sahibkarları dövlət satınalmaları prosedurunda məhdudiyyətsiz iştirak edə və Rusiya və Belarusun İttifaq Dövlətinin mal və xidmətlərinin ümumi bazarlarında hüquqi əhəmiyyətli hərəkətlər icra edə biləcəklər.
Rusiyanın baş naziri iki ölkə arasında yüksək texnologiyalar və elm sahəsində əməkdaşlığın yüksək səviyyəsini qeyd edib. Onun sözlərinə görə, kosmik sahədə əldə olunan birgə nailiyyətlər bunu təsdiqləyir.
"Bu nailiyyətlər, Rusiya ilə Belarus arasında yüksək texnologiyalar və elm sahəsində misli görünməmiş əməkdaşlıq səviyyəsini göstərir və biz onları iqtisadiyyatın müxtəlif sahələrinə birgə tətbiq etməklə məşğuluq. Bu isə dövlətlərimizin vətəndaşlarının maraqlarına və Birlik dövlətinin maraqlarına uyğundur" - Mişustin danışıqların yekunları barədə jurnalistlərə açıqlamasında deyib.
Mişustin deyib ki, Rusiya və Belarus yüngül çoxməqsədli "Osvey" təyyarəsinin birgə istehsalına dair hökumətlərarası saziş imzalayacaq.
O qeyd edib ki, bu qərarlar İttifaq dövlətində inteqrasiyanın dərinləşməsi üçün əhəmiyyət daşıyır.
"Həm Rusiya, həm də Belarus vətəndaşlarının bizdən gözlədiyi məhz budur" - Rusiyanın baş naziri əlavə edib.
Mixail Mişustin bildirib ki, Moskva və Minsk artan sanksiyalara baxmayaraq, birlik inteqrasiyasını gücləndirirlər.
Rusiyanın baş naziri qeyd edib ki, Moskva və Minsk ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinə və sənaye layihələrinin həyata keçirilməsinin sürətləndirilməsinə böyük diqqət yetirirlər.
"Sənaye kooperasiyası sahəsində 25 birgə layihənin həyata keçirilməsini sürətləndiririk" - baş nazir deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.